Gökhan Özoğuz
Müğənni, aktyor
Gökhan Özoğuz (11 oktyabr 1976, İstanbul) — Türk musiqiçi, Athena grubunun solisti və Hakan Özoğuzun əkiz qardaşı. 2004 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni "For Real" adlı mahnı ilə təmsil etdilər. Bu mahnı 195 balla 4-cü oldu və Türkiyənin Avroviziya tarixində ən çox bal alan mahnısı oldu. Hakan və Gökhan Özoğuz qardaşlarının musiqi sevdası 1987-ci ilin Afina macərası ilə başlanqıc nöqtəsi olaraq qəbul edilir. O vaxtlar hələ 11 yaşında olan və məktəb həyatı ilə maraqlanmayan Hakan və Gökhan keçmiş Pentaqram gitaristi Ümit Yılbardan gitara dərsləri almaq üçün hazırlaşmağa başladılar, sonradan isə Əkmər Pasajında elanlar asaraq, qrupu tamamlayacaq bas gitarist ve nağaraçı axtarışına çıxdılar. İşlərinin ilk mərhələsində Gökhan və Hakan və qrupa qatılan dostlarla birgə studiya və musiqi alətlərini kirayə aldılar. O zamanlar D.R.I, S.O.D, Nuclear Assult, Slayer, Megadeth və Metallica kimi qruplardan ilhamlanan Athena, 4 mahnını özündə birləşdirən və hardcore thrash sound’lu ilk demolarını da yazmağa başladılar. Lakin bas gitarist və nağaraçı problemi hələ də mövcud idi. Bir neçə kadr dəyişikliyindən sonra, nəhayət 1990-cı ildə, Gökhan və Hakan, Turgay Gülaydın (nağara), Asrın Tuncer (bas gitara) və Ferit Tunçer (vokal) ilə nəhayət Athena tam formalaşmış bir qrupa çevrildi və böyük sürətlə musiqi aləminə ayaq basdı. 1993-cü ildə thrash sound’lu ilk albom One Last Breath satışa çıxarıldı. Albom satışa çıxmasından bir müddət öncə, bas gitarist Asrın Tuncer və vokal üzrə Ferit Tunçer qrupdan ayrılmışdı.
Ətraflı məlumat üçün aşağıdkaı linkə basın:
https://az.wikipedia.org/wiki/Athena