Özcan Dəniz 19 may 1972-ci ildə Ankarada (Türkiyə) doğulub və beş yaşına kimi orada yaşayıb. Əslən Ağrı dağdandır və kürd əsillidir. Anasının adı Kadriye, atasının adı Sadiq Dənizdir. Dörd qardaşı var. 1985-ci ildə orta məktəbin birinci sinifində təhsilinə son verəndən sonra bazarda simit, limon, pide satmaqdan tutmuş, tikintidə fəhləlik etməklə məşğul olub. İzmirdə mahnı oxumağa başladığında hələ on üç yaşında idi. İzmirdən sonra Antalyada da səhnəyə çıxan Özcan Antalyadan sonra Aydının Sultanhisar qəsəbəsində təşkil edilən və aparıcılığını Cenk Korayın etdiyi "Ənənəvi Səs Festivalı"na qatılıb birincilik mükafatını alandan sonra Cenk Korayın tövsiyəsi ilə 1988-ci ildə İstanbula gəlir və bir il burada qalır. 18 yaşında İstanbuldan ayrılır və 1989-ci ildə Münhenə (Almaniya) gedir. Almaniyada ilk albomu olan "Yenə ağlatdın məni"ni 1992-ci ildə çıxarır. Daha sonra Özcan Dəniz nüfuzlu sənətkarlardan sayılan Yaşar Yağmurun vasitəçiliyilə İstanbula gələrək firmanın ortaqlarından olan Hilmi Topaloğlu ilə tanış olur. Prodüserlərin Özcanın səsini bəyənməsi və albom edilməsinə qərar verməsindən qısa müddət sonra "Prestij Musiqi" imzalı ilk albom çıxır: "Mələyim". 1994-ci ildə Türk kinosunun korifeylərindən olan Memduhun "Ona sevdiyimi söylə" adlı filmində oynayaraq, kino ilə ilk təcrübəsini reallaşdırır. 1999-ci ildə əhvalatını özünün yazdığı "Aşkın dağlarda gəzər" adlı serialına çəkilir. 2002-2003-ci illərdə "Asmalı konak" serialında Selda Alkor, Nurgül Yeşilçay, Menderes Samancılar kimi sənətçilərlə birlikdə oynayır. 2004-ci ildə "Haziran gecesi", 2007-ci ildə "Kader", 2008-ci ildə "Aşk yakar", 2009-cu ildə "Samanyolu", 2012-ci ildə "Bir zamanlar Osmanlı", 2013-ci ildə "Karagül "adlı serialda çəkilir. 2013-ci ildə ssenarisini, baş rolunu və rejissorluğunu boynuna götürdüyü "Su və atəş" filmini çəkir. 2017-2018-ci illərdə "İstanbullu gəlin" serialında baş rolu - Faruku canlandırıb. Özcan Dəniz 1992-ci ildə Almaniyada Handan Dənizlə evlənir, 2002-ci ildə cütlük boşanır. 2008-2012-ci illərdə serial aktrisası Fahriyə Evcenlə birlikdə yaşayır. 2014-cü ildə aktrisa, özündən 20 yaş kiçik Ayça Ayşin Turanla sevgili olub. 2016-cı ildə 44 yaşlı Özcan Dəniz özündən 23 yaş kiçik olan Busə Narcı ilə görüşməyə başlayır və 8 mart 2018-ci il tarixində özündən 20 yaş kiçik Feyzə Aktanla evlənir. Cütlük evlənərkən Feyzə Aktan 7 ay yarımlıq hamilə idi. 29 aprel 2018-c ildə Özcan Dənizin bu nikahdan Kuzey adlı oğlu dünyaya gəlir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/%C3%96zcan_Deniz