Fransa polisinin cəsur komissarı Antuan San-Antonio və onun silah yoldaşı Berirye Böyük Britaniyaya ezam olunurlar. Onların missiyası Fransız səfirin təhlükəsizliyini təmin etməkdir. Ancaq onlar bu işin öhdəsindən gələ bilmirlər, belə ki, terrorçular ali diplomatı elə Britaniya sarayından oğurlayırlar. Üstəlik San-Antonio özü istəmədən terrorçuların aradan çıxmasına kömək olur. Baş verən biabırçılıqdan sonra rəisi onu güc strukturlarından kənarlaşdırır. Amma bir müddətdən sonra San-Antonio təcili olaraq xüsusi şöbəyə yeni vəzifəyə dəvət olunur. Bu gözlənilməz təyinat ölkə prezidentinin yoxa çıxması ilə əlaqədardır; dövlət başçısının axtarıb-tapılmasına xüsusi xidmət orqanına cəmi 48 saat vaxt verilib...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar