Jerar Depardye

Jerar Depardye

Aktyor, rejissor

BİOQRAFİYA

Jerar Depardye 27 dekabr 1948-ci ildə Şatoruda (Fransa) anadan olub. Karyerası ərzində 180-dən çox filmdə çəkilib. Bu filmlərdən bir çoxu Fransa kinematoqrafiyasının inciləri sırasına daxil olub. Depardye həm də aktiv kommersiya fəaliyyəti ilə məşğuldur. O, neft yataqlarının istismarı, çoxsaylı şərab təsərrüfatları və Parisdəki iki restoranının fəaliyyəti ilə bağlı işlərini davam etdirir. 1970-ci ildə Depardye Elizabet Ginyo ilə evlənib və onların iki övladı olub, bir qızı, bir oğlu var. 28 yanvar 1992-ci ildə Elizabetlə ayrı yaşadığı müddətdə seneqallı model və aktrisa Karin Silladan Roksana adlı qızı dünyaya gəlib. 26 illik evlilikdən sonra, 1996-cı ildə Elizabetdən rəsmi boşandıqdan sonra fransız aktrisa Karol Buke ilə nişanlanıb, lakin 2005-ci ildə ayrılıb. Jerar Depardyenin dediyinə görə, 10 evliliyindən 20 uşağı var. Lakin 13 oktyabr 2008-ci ildə ağır itki verir. Belə ki, onun ilk evlilikdən olan oğlu Giyom həddindən artıq narkotik aludəçisi olması səbəbi ilə ağciyər iltihabından dünyasını dəyişir. Giyom ölməmişdən əvvəl bir ayağını amputasiya etmişdilər. Maraqlıdır ki, ata və oğul Depardye arasında uzun müddət münaqişə olub, lakin son vaxtlar onlar barışıblar. Depardye oğlunun ölümünü çox ağır keçirib. Fransanı yüksək vergilər ucbatından tərk edən aktyor bir çox ölkənin, o cümlədən Rusiyanın vətəndaşlığını qəbul edib. 3 yanvar 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Jerar Depardyeyə Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Jerar_Depardye

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Celal   10.04.2024
Jerar Depardyenin "qraf monte kristo" filmini yuklemeyinizi rica edirem
2