Jerar Lanven

Jerar Lanven

Ssenarist, aktyor

BİOQRAFİYA

Jerar Lanven 21 iyun 1950-ci ildə Fransada anadan olub. 17 yaşında təhsilini yarımçıq qoyur və bazarda cins alveri ilə məşğul olur. "Kafe de la Qar" teatrına işləməyə dəvət alır. Lanven teatrda səhnə işçisi, işıqçı vəzifəsini icra edir. Martin Lamot və Kristin Dejo ilə birlikdə şəxsi "La Verb Piçard kafe" adlı teatr təsis edir. Aktyor “Silah seçimi” və “Qəribə iş” filmindəki roluna görə Jan Qaben mükafatı alandan sonra məşhurluq qazanır. Lanvenin simasında fransız kinosunda cəsarət, mərdlik təcəssüm edilir. Patris Lekontun lentə aldığı “Mütəxəssislər” filmindəki Bernar Jirodo rolunun uğurlu ifasından sonra Fransanın ən yaxşı aktyorları sırasında yer alır. 1985-ci ildə Patris Lekont və Patrik Dfultla birlikdə “Mən səni istəyirəm” filminin ssenarisini yazır. Film tənqidlərə məruz qalır və ən uğursuz film adını qazanır. 1990-cı illərdən etibarən aktyor rollara gec-gec çəkilir və daha çox Klod Lelyuş, Nikol Qasiya, Bertran Bliye kimi məşhur rejissorlarla işləməyə üstünlük verir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B0%D0%BD%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç