1944-cü ildən etibarən bəzi insanlarda qəribə mutasiyalar üzə çıxır. Bu mutasiyalar həmin insanlara ağılasığmaz bacarıqlar əta edir. Məsələn bir uşaq hiddətlənən zaman telekinez gücü hesabına ən qalın dəmir darvazaları asanlıqla dağıdır. Başqa biri baxışları ilə yüksək termal şüa ilə nəzər nöqtəsində olan obyekti əridə bilir. Belə insanların sayı-hesabı yoxdur. Onların çoxu hələ uşaq yaşlarında belə genetik mutasiyalara məruz qalıblar. ABŞ hökuməti onların bu xüsusi bacarıqlarından “Sem Əminin” düşmənlərinə qarşı mübarizədə istifadə etmək məqsədilə onları qeydiyyata almaq qərarına gəlir. Ancaq elə bir an gəlib çatır ki, onların bir qrupu nəzarətdən çıxır. İndi dünya böyük təhlükədədir. Mutantlarla insanlar arasında müharibəsi labüddür…
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar