Brayan Sinqer
Rejissor, prodüser, ssenarist, aktyor
Brayan Sinqer – amerikalı kinorejissordur. 1995-ci ildə çəkdiyi “Şübhəli simalar” filmi ilə populyarlaşıb. Ardınca bir neçə blokbasteri, o cümlədən “Naməlum insanlar” saqasının müxtəlif hissələrini və “Supermenin qayıdışı” (2006) fantastik filmlərini lentə alıb. Rejissor karyerasını qısametrajlı filmlərin çəkilişi ilə başlayıb. 1993-cü ildə “Aslan xədəyi” adlı mikrobüdcəli filminin çəkilişinə aktyor qismində dost-tanışlarını dəvət edib. Daha sonra “İctimai giriş” adlı lentini ərsəyə gətirib. Sandens kino festivalında nümayiş olunan film münsiflər heyətinin prizini qazanıb. İlk iribüdcəli bədii filmi “Şübhəli simalar” trilleri olur. Kristofer Makkuorinin yazdığı ssenari əsasında lentə aldığı film bir sıra mötəbər kino mükafatları, o cümlədən ən yaxşı orijinal ssenari nominasiyasında “Oskar” mükafatı ilə təltif olunub. Həmin lent Sinqerin karyerasında bir dönüş nöqtəsi olub; belə ki, onu müstəqil kinodan Hollivud kinematoqrafiyasına gətirib. 2008-ci ildə Adolf Hitlerə qarşı ən uğurlu suiqəsd cəhdi ətrafında baş verən real hadisələr əsasında “Valkiriya əməliyyatı” filmini lentə alıb. Baş rola Tom Kruz çəkilib.
Ətraflı məlumat üçün linkə basın:
https://en.wikipedia.org/wiki/Bryan_Singer