Holli Berri 14 avqust 1966-cı ildə Ohayo ştatında (ABŞ) doğulub. Onun atası tibb işçisi, anası isə psixiatrik klinikada tibb bacısı işləyirdi. Hollinin dörd yaşı olanda valideynləri boşanır. Holli hələ gənc yaşlarından cazibədar qaradərili xanım kimi gündəmə gəlməyi bacarır. Beləcə, o “Miss Ohayo” və “Miss Amerika” adlarını qazanır. İlk addımlarını model kimi başlayır. Böyük kinoya 1991-ci ildə “Cəngəllik xəstəliyi” filmində aldığı rolla başlayır. Daha sonra 1994-cü ildə “Flistounlar” və 1995-ci ildə “İsayinin işi” adlı filmlərdə özünü ciddi rollarda sınamağa başlayır. Dünya Hollini Marta Kulicin rejissoru olduğu “Doroti Dendric”(1999) filmi ilə tanıyır. Burada o, 1965-ci ildə faciəvi şəkildə həlak olan əfsanəvi qaradərili amerikalı aktrisa Doroti Dendric obrazını canlandırırdı. Bu rol ona 2000-ci ildə “Qızıl Qlobus” və "Emmi” mükafatlarını gətirir. 2017-ci ildə Holli böyük reytinq qazanmış “Uşaq oğurluğu” filmində canlandırdığı cəsur ana obrazı ilə hamını heyrətləndirməyi bacarır. Beləliklə, Holli dram janrlı filmlərin də ustası olduğunu nümayiş etdirir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://www.kino-teatr.ru/kino/acter/w/hollywood/51018/bio/