Hər zaman müştərilərini öz unikal menyuları ilə valeh etməyə can atan baş aşpaz Roşan Kalra tədricən həyat yanğısını və işə olan marağını itirir. Nyu-Yorkda çalışdığı Galli restoranından ayrılıb, Hindistana - həyat yoldaşı Radhe və 11 yaşlı oğlu Ərmağanın yanına qayıdır. O həyatda öz məqsədini tapmağa, peşəsinə həvəs gətirməyə çalışır. Günlərin bir günü özünə yük maşını alaraq, onu səyyar restorana çevirir. Oğlunu da özünə köməkçi götürərək çarx üzərində olan "iaşə obyekti" ilə Hindistanı qarış-qarış gəzir. Roşan özü üçün Hindistanı, onun bölgələrinin qastronomik özəlliklərini yenidən kəşf edir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar