Padmapriya
Aktrisa
Padmapriya Yanakiraman 28 fevral 1982-ci ildə Dehli şəhərində (Hindistan) anadan olub. Pencab şəhərində boya- başa çatıb. Məktəb illərində musiqi ilə maraqlanıb, hətta öz solo albomunu belə yazıb. Orta məktəbi bitirdikdən sonra Padmapriya Sekunderabad şəhərində Loyola Akademiyasına daxil olub. Daha sonra Harihare Qabaqcıl İnzibati Tədqiqatlar İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra “GE Capital” şirkətində çalışıb. Elə həmin vaxt model işləməyə başlayıb. 2001-ci ildə gözəllik müsabiqəsində iştirak edib və “Miss-Andre-Pradeş” titulunu qazanıb. Elə həmin il aktrisalıq karyerasına qədəm qoyub. Debüt rolunu “Kasi” filmində oynayıb. 2004-cü ildə aktrisa “kKaazhcha” filmində Mammutti ilə birlikdə baş rollara çəkilib. Həmin rola görə Padmapriya “Asianet Fİlm” mükafatına layiq görülüb (ən yaxşı debütant aktrisa nominasiyasında). Bir ildən sonra “Ata payı” dramında (tamil dilində) ikincidərəcəli rol oynayıb. Film tənqidçilər tərəfindən yüksək qiymətləndirilib və aktrisa bir neçə hind kinomükafatına layiq görülüb. Şəxsi həyatına gəlincə Padmapriya 2014-cü ildə Casmin Şahla ailə qurub. Həyat yoldaşı ilə Nyu-York Universitetində oxuduğu illərdə tanış olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/padmapriya_/