Ket Konor – orta-statistik amerikalı yeniyetmədir. 17 yaşı var – həmyaşıdları kimi məktəbə gedir, özündən yaşlı oğlanlarla sevişir, asudə vaxtlarını dostları ilə şənliklərdə keçirir, müxtəlif çılğın hisslər və emosiyalar yaşayır. Atası ilə münasibətləri əla olsa da, anası İvlə ümumiyyətlə yola getmir, xüsusilə Ketin qonşunun oğlu ilə romantik münasibətlər qurmasından sonra vəziyyət daha da pisləşir. Günlərin bir günü anası evə bazarlıq etmək adı ilə dükana gedir və bir daha evə qayıtmır. Ketin nigaran qalan atası, özünə yer tapa bilmir, həyat yoldaşının itkin düşdüyünü anlayır. Polisin apardığı araşdırmanın nəticə verməməsindən sonra qızını də götürərək müstəqil şəkildə axtarışlara başlayır, addımbaşı divara və dirəklərə itkin düşmüş yoldaşının şəklinin və əlaqə nömrəsinin olduğu elanlar yapışdırır. Onun son gedib-gəldiyi yerləri araşdırır. Elə həmin andan Ketin əyləncə dolu və aktiv yeniyetmə həyatı sona çatır, günləri yorucu və monoton keçir. Ket bu cansıxıcı və xaosa qurşanmış həyat tərzinin əbədi davam edəcəyini sanır...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar