Kristofer Meloni

Kristofer Meloni

Aktyor

BİOQRAFİYA

Kristofer Piter Meloni 2 aprel 1961-ci ildə ABŞ-ın Vaşinqton şəhərində anadan olub. Aktyor olmazdan əvvəl inşaat sahəsində çalışıb. Həmçinin kafe mühafizəçisi, barmen və təlimatçı vəzifələrində də özünü sınayıb. Aktyor karyerasına reklam çəkilişlərindən başlayıb. Daha sonra teleseriallarda qonaq rollara dəvət alıb, kinoda epizodik rollara çəkilib. İlk əmalətdar rolunu 1996-cı ilin “Əlaqə” adlı filmində gerçəkləşdirib. Həmçinin “Qaçaq gəlin” bədii filmində ikinci plan rolda çıxış edib. 1998-2003-cü illər ərzində “Oz həbsxanası” serialında rol alıb. Oynadığı rolla prodüserlərin və tənqidçilərin diqqətini cəlb edib. 1999-cu ildə “Qanun və Qayda: Xüsusi korpus” serialının çəkilişlərində iştirakla bağlı müqavilə imzalayıb. Oynadığı rol onu daha geniş tamaşaçı kütləsinə tanıdıb. 2006-cı ildə ilk dəfə olaraq ən yaxşı dram serialı aktyoru kateqoriyasında “Emmi” mükafatına namizəd olub. Meloni bundan başaq “12 meymun” (1995), “Las-Veqasda qorxu və nifrət” (1998), “Harold və Kumar” (2004), “Harold və Kumar 2: Quantanamodan qaçış” (2008), “Daşıyıcılar” (2009), “Quldurlar” (2016) və digər filmlərdə ikinci dərəcəli rollar alıb. Daha çox “Qanun və Qayda: Xüsusi korpus” (1999-2011) serialında yaratdığı Elliot Steybler və “Oz həbsxanası” serialında (1998-2003) oynadığı Kris Keller roluna görə tanınır. 1 iyul 1995-ci ildə rəssam-tərtibatçı Doris Şerman Uilyamsla evlidir. Cütlüyü bir oğlu və bir qızı var. Marişka Harqitey qızlarının xaç anasıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B5%D0%BB%D0%BE%D0%BD%D0%B8,_%D0%9A%D1%80%D0%B8%D1%81%D1%82%D0%BE%D1%84%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç