Şeylin Vudli

Şeylin Vudli

Aktrisa, prodüser

BİOQRAFİYA

Şeylin Vudli 15 noyabr 1991-ci ildə ABŞ-ın Kaliforniya ştatının Simi-Velli şəhərində anadan olub. Amerikalı model və aktrisadır. “Amerikalı yeniyetmənin gizli həyatı” (2008-2013) serialında oynadığı Emi Yurgens rolu hesabına məşhurlaşıb. Bu rol Vudliyə “Teen Choice Awards” mükafatına nə az, nə çox, 5 nominasiya qazandırıb. Gənc aktrisanın növbəti əlamətdar rolu 2011-ci ildə böyük ekranlara çıxan və baş rola Corc Kluninin çəkildiyi “Nəsillər” filmində oynadığı rol olur. Aleksandra Kinq roluna görə “Azad ruh” mükafatını qazanıb, 2012-ci ildə isə “Qızıl Qlobus” mükafatına namizəd olub. 2014 “Günahkar ulduzlar” filmində canlandırdığı Heyzel Lankaster obrazı ilə kinotənqidçilərin rəğbətini qazanıb. 2014-2016-cı illər ərzində karyerasının ən uğurlu kinolayihərindən hesab edilən “Divergent” elmi-fantastik franşizasına baş rola çəkilib. 2016-cı ildə həm də “Snouden” adlı bioqrafik dramda keçmiş ABŞ xüsusi xidmət orqanları əməkdaşı Edvard Snoudenin sevgilisi rolunu oynayıb. Bundan başqa, 2017-ci ildə HBO telekanalında yayımlanan “Mənim böyük yalanım” adlı mini serialda tənha ana roluna görə tənqidçilərin müsbət rəyinə nail olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Shailene_Woodley

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç