Ancela Bassett

Ancela Bassett

Aktrisa

BİOQRAFİYA

Ancela Evelin Bassett 16 avqust 1958-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Uşaqlığı doğma şəhərində keçib. Aktrisaya ikinci – Evelin adı xalasının şərəfinə verilib. Ancelanın soyadı isə ulu babası Henri Uilyam Bassettdən keçib. Henri Uilyam Bassett azad olduqdan sonra (quldarlıqdan) sahibinin soyadını özünə götürüb. Sahibinin övladları sonradan Virciniya ştatında Bassett şəhərini salıblar. 1980-ci ildə Ancela Bassett Yel Universitetini bitirib, “afro-amerika tədqiqatları” ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. Həmçinin Yel Dram Məktəbində təsviri incəsənət üzrə magistr dərəcəsinə yüksəlib. Atasının onun aktrisa olması ilə bağlı etirazlarına baxmayaraq, teatr səhnəsinə çıxmağa başlayıb. Daha çox bioqrafik bədii filmlərdə oynadığı rollara görə tanınır; “Sevgi nəyə qadirdir” filmində Tina Törner rolunu, “Malkolm İks” (1992) və “Pantera” (1995) filmlərində Malkolm İksin həyat yoldaşı Betti Şabazz rolunu, “Roza Parksın hekayəsi” (2002) filmində Roza Parks rolunu, “Ceksonlar: Amerika arzusu” (1992) mini serialında müğənni Maykl Ceksonun anası Ketrin Cekson rolunu oynayıb. Hollivudun “Şöhrət xiyabanı"nda adını daşıyan ulduz lövhəsi var. Aktrisanı ABŞ teleməkanında populyarlaşdıran rolu 2013-2016-cı illərdə FX telekanalında yayımlanan “Amerika qorxu tarixi” teleserialında oynadığı rol olub. Ancela nəslində həm kollecdə, həm də aspiranturada oxumuş yeganə qadındır. Yel Universitetində oxuduğu illərdə gələcək həyat yoldaşı aktyor Kortni B. Venslə tanış olub. 1986-cı ildə teatr məktəbini bitirib, Kortni ilə 1997-ci ildə münasibətlərini rəsmiləşdirib. 2006-cı ildə cütlüyün surroqat anadan əkiz övladları dünyaya gəlib. Bassett demokratdır. 2007-ci ilin əvvəlində keçmiş prezident Barak Obamanın kampaniyasına 2300 dollar ianə edib və seçki kampaniyası ərzində onu dəstəkləyib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Angela_Bassett

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç