Qreqq Araki

Qreqq Araki

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Qreqq Araki 17 dekabr 1959-cu ildə etnik yapon ailəsində anadan olub. Araki Cənubi Kaliforniya Universitetinin Kino və Televiziya Ali Məktəbinin məzunudur. Karyerasının əvvəlində yerli qəzetlərdən birində musiqi tənqidçisi işləyib. Onun lentə aldığı ilk filmlər – “Gecə yarısı həyəcanlanmış üç nəfər” (1987) və “Üzücü həftə-sonu” (1989) filmlərinin büdcəsi heç 5000 dolları ötməyib. Araki həmin filmləri stasionar kamera ilə ağ-qara lentə alıb. Həvəskar filmləri müstəqil kino festivallarında nümayiş olunub və hətta bəzi nailiyyətləri də olub. Məşhurlaşmasında onun sayca üçüncü filmi “The Living End” tragikomediyası olub. Sözügedən film Sandens Kinofestivalında nümayiş olunub. 2004-cü ilin sentyabr ayında Venetsiya kinofestivalında isə “Müəmmalı dəri” filminin dünya premyerası baş tutub. Ekran əsəri uşaqlıqda cinsi zorakılıq qurbanı olmuş və onun psixoloji fəsadlarından qurtulmağa çalışan iki on səkkiz yaşlı oğlanın hekayəsini danışır. Rejissorun sözlərinə görə filmi çəkərkən Devid Linç kimi süjetə inqtriqa qatmağa çalışıb. 21 yanvar 2007-ci ildə “Sandens” kinofestivalı çərçivəsində Arakinin 22 gün ərzində çəkdiyi “Sırtıq” (Smiley Face) adlı komediyası nümayiş olunub. Film bilmədən marixuanadan hazırlanmış tortu yemiş gənc aktrisanın başına gələnlərdən bəhs edir. “Festival əhli” rejissorun yeni layihəsini müsbət qarşılasa da, ABŞ-da film prokatlara çıxmayıb. Yalnız Los- Anceles kinoteatrlarından birində qısa müddətə nümayiş olunub, daha sonra DVD-də satışa buraxılıb. Arakinin onuncu işi “Kabum” 2010-cu ildə Kann kinofestivalında tamaşaçıların sərəncamına verilib. 2014-cü ildə isə “Ağ Quş Çovğunda” filmi böyük ekranlara çıxıb. Daha çox “Müəmmalı dəri” (Mysterious Skin – 2004), “Kabum” (Ka-Boom – 2010), “Heç yerdə” (1997), "Ağ Quş Çovğunda" (White Bird In A Blizzard – 2014) filmlərinin rejissoru kimi tanınır. Filmoqrafiyasında rejissor olaraq 19, ssenarist olaraq 13, prodüser olaraq 14 bədii/televiziya filmi və teleserial epizodu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%90%D1%80%D0%B0%D0%BA%D0%B8,_%D0%93%D1%80%D0%B5%D0%B3%D0%B3

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç