Tom Hardili "Capone"dən İlk Treyler Yayımlandı!

17 Aprel, 2020

"Xronika" (Chronicle) və Fantastik Dördlük (Fantastic Four) filmləri ilə tanınan Coş Trankın (Josh Trank) rejissoru olduğu, Tom Hardinin (Tom Hardy) Al Capone’u canlandırdığı Capone’dan ilk treyler yayımlandı. 2012-ci ildə, super qəhrəman hekayələrinə çox daha real bir baxış bucağı baxan "Xronika" (Chronicle) ilə film dünyasına diqqət çəkici bir giriş edən Coş Trank (Josh Trank), ikinci filmi olan Fantastik Dördlük (Fantastic Four) ilə eyni uğuru əldə edə bilməmiş, film həm kassada böyük xəyal qırıqlığı yaratmış, həm də tənqidçilər tərəfindən tənqid edilmişdi. Fantastik Dördlükdən (Fantastic Four) sonra üzərində çalışdığı bir çox proyekt təxirə salınan Coş Trank (Josh Trank), beş il sonra yeni bir filmlə geri qayıdır.



 Coş Trank (Josh Trank) ilə peşəkar aktyor Tom Hardinin (Tom Hardy) bir araya gətirən Capone keçmiş adıyla Fonzo – nəhayət bu il filmsevərlərin ixtiyarına veriləcək. Tom Hardinin (Tom Hardy) daha əvvəl Robert De NiroStephen Graham kimi aktyorların həyat verdiyi Al Capone‘u canlandırdığı film üçün nəhayət paylaşım razılaşması ilə birlikdə filmin izləyicilərin ixtiyarına verilməsi tarixi məlum oldu. Çəkilişləri 2018-ci ildə tamamlanan filmin haqlarını satın alan Vertical Entertainment, filmi 12 mayda VOD platformlarında yayımlayacaq. Ötən gün ortaya çıxan bu məlumatları Twitterdan etdiyi paylaşımla doğrulayan Coş Trank (Josh Trank), filmdən ilk treyleri də paylaşdı. Ssenarisini də Coş Trankin (Josh Trank) qələmə aldığı film, 48 yaşında ölən Capone’un həyatının son dövrünə hədəflənir və həbsxanada keçirdiyi 10 ildən sonra demans əlamətləri göstərməyə başlayan Capone’un şiddət dolu keçmişi ilə üzləşmək məcburiyyətində qalmasını danışır.



Filmin aktyor heyətində Tom Hardi (Tom Hardy) ilə yanaşı Linda Kardellini (Linda Cardellini), Matt Dillion, Cek Lauden (Jack Lowden), Kyle MacLachlanNoel Fisher iştirak edir. Vertical Entertainment’ın Gotti, "Milyarderlər Klubu" (Billionaire Boys Club), "Təfəkkürlər Oyunları" (The Professor and the Madman) kimi aşağı səviyyəli filmləri VOD platformlarında yayımlayan şirkət olaraq tanınması, Coş Trankin (Josh Trank) yenə xəyal qırıqlığı yaradan bir filmə imza atmış ola biləcəyini düşündürür.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər