Cek Lauden

Cek Lauden

Aktyor

BİOQRAFİYA

Cek Endrü Lauden 2 iyun 1990-cı ildə Çelmsford şəhərində (İngiltərə) anadan olub. Adi ailədə böyüyüb, ailə üzvləri və ya qohumlarından incəsənətlə əlaqəsi olan bir nəfər belə olmayıb. Atası Cek Qordon bank əməkdaşı olub, anası Jaki müxtəlif peşələri dəyişib. Aktyorun uşaqlığı Şotlandiyanın Okston kəndində keçib. 10 yaşında olanda valideynləri onu Edinburqdakı Şotlandiya Gənclər Teatrına qoyub. 12 yaşında Cek pantomimanın incəliklərini tam olaraq mənimsəyərək, Qlazqo Kral Teatrında maraqlı çıxışlar etməyə başlayıb. Məktəb illərində şagird tamaşalarında aktiv iştirak edib. 17 yaşından peşəkar aktyorluqla məşğul olmağa qərar verib. Cek Londonda Kral Dram İncəsənət Akademiyasında oxuyub. 2011-ci ildə Kral Şotlandiya Musiqi və Dram Akademiyasında vokal və aktyorluq sənəti üzrə bakalavr dərəcəsi əldə edib Şəxsi həyatına gəlincə məktəb illərində tanış olduğu Vikki adlı qızla uzun müddət vətəndaş nikahında olub. Lorens Olivye mükafatı laureatıdır. Lev Tolstoyun “Müharibə və Sülh” romanının motivləri əsasında çəkilmiş eyniadlı BBC mini-serialında oynadığı Nikolay Rostov rolu ilə məşhurlaşıb. Bundan başqa rejissor Kristofer Nolanın “Dunkerk” hərbi dramında baş rol ifaçısı kimi tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə  basın:
https://en.wikipedia.org/wiki/Jack_Lowden

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç