K.Evans "Little Shop of Horrors"un Remeykində Rol Ala Bilər!

28 Fevral, 2020

Qreq Berlantinin (Greg Berlanti) rejissoru olacağı Little Shop of Horrors remeykində rol alması üçün Kris Evans (Chris Evans) ilə görüşülür. Bundan əlavə Skarlett Yohansson (Scarlett Johansson) və Teron Ecertonun (Taron Egerton) da filmdə rol ala biləcəyi danışılır.

Roger Corman’ın rejissoru olduğu 1960-cı il istehsalı Little Shop of Horrors, bir gül dükanında çalışan və bitkilərə olduqca yaxından maraqlanan Seymour’u, Seymour’un aşiq olduğu iş yoldaşı Audrey’i və Audrey’nin heç kim tərəfindən sevilməyən diş həkimi dostu Orin’in hekayəsini mövzu götürürdü. Seymour’un Audrey II adını verdiyi insan yeyən bitkinin kontroldan çıxmasıyla yaşanan hadisələri izlədiyimiz film, Cek Nikolsonun (Jack Nicholson) adını geniş kütlələrə eşitdirməsini təmin edən film olaraq yaddaşlarda qalmışdı.



Bu filmdən 26 il sonra Frenk Ozun (Frank Oz) rejissorluğunu üstləndiyi 1986-cı il istehsalı remeykin isə aldığı tərif dolu rəylərlə və orijinal filmi satira baxımından yeni bir səviyyəyə gəlməsi ilə adından söz etdirmişdi. Film tarixində önəmli bir yer qazanmış olan bu filmin yenidən çəkilməsi əlbətdə qaçınılmaz olur. Daha əvvəl iki dəfə çəkilən Little Shop of Horrors’un remeyki üçün hazırlıklara başlanıldı. Warner Bros.’un keçən payızdan bəri hazırlıqlarını davam etdirdiyi filmdə rol alması üçün çox önəmli bir aktyorun adı keçir. Little Shop of Horrors remeykinə Qreq Berlanti (Greg Berlanti) rejissorluq edəcək.



The Hollywood Reporter’ın xəbərinə görə Marvel film kainatında Captain America’yı canlandırmasıyla adını geniş kütlələrə eşitdirən, ən son Knives Out filmində izlədiyimiz Kris Evans (Chris Evans), Little Shop of Horrors’un remeykində rol ala bilər. Prodüser şirkəti ilə Kris Evans (Chris Evans) arasındakı görüşlər davam edir. Filmdə rol alması dəqiqləşərsə Kris Evans (Chris Evans), Audrey’nin psixopatlığıyla məşhur olan diş həkimi sevgilisi Orin Scrivello olaraq qarşımıza çıxacaq.

The Hollywood Reporter’ın qeyd etdiyinə görə filmdə Marriage StoryJojo Rabbit filmləri ilə eyni il içində iki dəfə “Oskar”a namizəd olan Skarlett Yohansson (Scarlett Johansson) və Elton John’ın gənclik illərinə həyat verdiyi Roketmendəki (Rocketman) performasıyla çox danışılan Teron Ecerton (Taron Egerton) rol ala bilər. Filmdə yer alarlarsa Skarlett Yohansson (Scarlett Johansson), Audrey; Teron Ecerton (Taron Egerton) isə Seymour xarakteriylə qarşımıza çıxacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər