Teron Ecerton

Teron Ecerton

Аktyor

BİOQRAFİYA

Teron Devid Ecerton 10 noyabr 1989-cu ildə Mersisayd qraflığının Berkenhed şəhərində (Böyük Britaniya) anadan olub. Atası otel biznesi, anası isə sosial xidmətdə çalışırdı və heç vaxt oğullarının incəsənətə meyllənəcəyini ağıllarına belə gətirmirdilər. Ancaq Teron istedadlı oğlan idi. Gitarada ifa etməyi öyrənir, gözəl səsi olduğuna görə oxuyur, məktəb tamaşalarında iştirak edirdi. Sonra isə "Kral Dram Sənəti Akademiyasının" tələbəsi olur. 21 yaşında təhsilini başa vurduqdan sonra Londonda qalır. 2014-cü ildə Britaniya televiziyalarının birində “Tüstü” serialında çəkilir və bundan sonra tanınmağa başlayır. Səkkiz seriya davam edən dramatik serial tamaşaçılar tərəfindən bəyənilsə də, davamı çəkilmir. Teron tammetrajlı filmdə ilk rolunu 2014-cü ildə "Gələcəyi xatırlayarkən” bioqrafik filmində oynayır. Filmdə həmçinin karyerasına yeni başlayan Alisiya Vikander, Kit Harrinqton kimi yeni parlayan ulduzlar da çəkilmişdilər. Teronun bioqorafiyasını dolğunlaşdıran Mettyu Vonun “Kinqsmən. Məxfi xidmət” filminin çəkilişlərinə qatılması olur. Rejissor filmin qəhrəmanı kimi Teronu görürdü. Eqqsi personajına bir çoxları namizəd olsalar da, çətin keçən kastinqdən sonra Von Ecertonu seçir. Teronun şəxsi həyatı haqqında mediya və mətbuatda geniş məlumata rast gəlmək çətindir. Bəzi mənbələrdə onun kitab və pişiklərə marağının olduğu qeyd edilir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Taron_Egerton

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç