Frenk Oz

Frenk Oz

Aktyor, rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Frenk Oz 25 may 1944-cü ildə İngiltərənin Hereforde əyalətində anadan olub. Beş yaşı olanda kukla teatrının üzvləri olan valideynləri, onunla birgə ABŞ-a köçüb. Kaliforniyada kuklaçıların konvensiyasında Oz əfsanəfi kuklaçı – “Sezam küçəsi”nin yaradıcısı Cim Hensonla tanış olur. Oz öz istedadı ilə Hensonu valeh edir. Məktəbi bitirdikdən sonra Frenk Oz, “Mappet-şousu”na qoşulur və həmin vaxtdan bəri kukla sənətinin ən tanınmış simalarından birinə çevrilir. 80-ci illərin əvvəllərində uğurlu rejissor debütü baş tutur. “Qara kristal” adlı nağıl üçün qorxulu kuklanı müəllimi Cim Hensonun köməkliyi ilə hazırlayır. 1986-cı ildə “Qorxu piştaxtası” musiqili filmi üçün möhtəşəm komediya ulduzları ansamblını toplayır. Ozun yaradıcılığında çiçəklənmə dövrü 80-cı illərin ikinci yarısı və 90-cı illərin əvvəlləri sayılır. Hazırda janrın klassikası sayılan bir sıra komediyaları böyük ekranlara çıxır: “İslaholunmaz fırıldaqçılar” (1988), “Evdar qadın” (1992). 90-cı illərin sonlarında Ozun karyerasında “ikinci nəfəs” açılır. O, Kevin Klayn və Cona Küssakın çəkildiyi 1997-ci ildə ekranlara çıxmış “Giriş və çıxış”, “Stiv Martin və Eddi Merfinin çəkildiyi “Bomba oğlan” (1999) kimi gəlirli filmləri lentə alır. Bundan başqa 1975-ci ildə bir çox Hollivud ulduzlarını bir-birilə küsdürmüş “Stepford qadınları” filminin remeykini (2001) çəkir. Ancaq bu proyektdə ulduz yığmasının olmasına rəğmən film kinotənqidçilərin və tamaşaçıların rəğbətini qazanmır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D0%B7,

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç