Pattinsonun Batman Kostyumu İlə Test Çəkilişi Yayımlandı!

15 Fevral, 2020

The Batman’in rejissoru olan  Mett Rivz (Matt Reeves), Robert Pattinsonu Batman kostyumu içində ilk dəfə görmə şansı əldə etdiyimiz test çəkilişi görüntüləri yayımlandı. Cloverfield, Let Me In, "Meymunlar Planeti: Müharibə" (War for the Planet of the Apes) kimi bəyənilən filmlərə imza atan Mett Rivzin (Matt Reeves) yazıb, rejissoru olduğu The Batman‘in çəkilişləri başlanması ilə birlikdə filmdən ilk görüntülər də ortaya çıxmağa başladı.

Twitter hesabından filmlə bağlı paylaşımlar etməyə davam edən Mett Rivz (Matt Reeves), bu dəfə də filmdə Batman’ə həyat verən Robert Pattinsonu ilk dəfə kostyum içində görmə şansı əldə etdiyimiz test çəkilişi görüntülərini yayımladı. Filmin də görüntü rejissoru olan Qreq Freyzerin (Greig Fraser) çəkdiyi bu videoda, “Oskar” mükafatlı bəstəkar Maykl Cakkinonun (Michael Giacchino) yeni Batman filmi üçün hazırladığı musiqilərdən də qısa bir parça eşitmə şansı əldə edirik.

Картинки по запросу "Robert Pattinson’s Batman costume revealed in camera test"

Yayımlanan bu qısa videoda yeni Batman haqqında bir çox ipucu olsa da, xarakterin masqasında tikiş izlərinin gözə çarpan olması, alışdığımız Batman kostyumuna hələ tam olaraq keçməmiş, qəhrəmanlıq macərasının başlarındakı Batman’in bizləri gözlədiyini düşündürür. Robert Pattinsonun baş rolunu üstləndiyi The Batman, filminin 25 iyun 2021-ci ildə premyerası olacaq.

Картинки по запросу "Robert Pattinson’s Batman costume revealed in camera test"

Robert Pattinsonun baş rolunu üstləndiyi The Batman, diqqət çəkici bir aktyor heyətini bir araya gətirir. Filmdə Catwoman’ı Zoi Kravits (Zoë Kravitz), Batman komikslərinin ən önəmli mənfi xarakterləri arasında yer alan The Riddler’ı Pol Dano (Paul Dano), bir digər ikonik pis xarakter olan Penguin’i Kolin Farrell (Colin Farrell), Komiser Gordon’ı Ceffri Rayt (Jeffrey Wright), Alfred’i Endi Serkis (Andy Serkis), Carmine Falcone’u isə Con Turturro (John Turturro) canlandırır. Ayrıca Piter Sarsqaard (Peter Sarsgaard) və Juliard’dan yeni məzun olan gənc aktyor Jayme Lawson‘ın da komikslərdə yer almayan yeni xarakterlərə həyat verəcəyi açıqlandı. Ancaq bu açıqlamanın yanıltma məqsədli olduğu və Piter Sarsqaardın  (Peter Sarsgaard) Two Face olaraq da bilinən Harvey Dent’ə, Jayme Lawson’ın isə zamanla Batgirl’ə çevrilən Barbara Gordon’a həyat verəcəyi yönündə teoriyaların olduğunu da vurğulamaqda fayda var. İstər Mett Rivz (Matt Reeves) imzası daşıması istərsə bir araya gətirdiyi aktyor heyəti ilə bugünə qədər çəkilən ən həyəcan verici super qəhrəman filmlərindən biri olan The Batman filinin 25 iyun 2021-ci ildə premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər