Robert Pattinsonlu “The Batman”in Çəkilişlərinə Başlanıldı!

29 Yanvar, 2020

Robert Pattinsonun baş rolünü üstləndiyi, Mett Rivz (Matt Reeves) imzalı The Batman’in çəkilişlərinə başlanıldı. Həyəcanla gözlənilən yeni Batman filminin, 25 iyun 2021-ci ildə premyerası gözlənilir.

İstər Mett Rivz (Matt Reeves) imzası daşıması, istərsə də bir araya gətirdiyi diqqət çəkici aktyor heyəti ilə hazırlıq mərhələsindəki ən həyəcan verici filmlərdən biri olan The Batman‘in çəkilişlərinə başlanıldı. Filmin rejissor kürsüsündə oturan Mett Rivz (Matt Reeves), ötən gün Twitter səhifəsindən setdən ilk görüntüyü paylaşaraq çəkilişlərin başladığını eşitdirdi.

Съемки нового «Бэтмена» официально стартовали

Ötən günlərdə yeni Batman filminin Londondakı çəkilişindən ilk görüntülər sızdırılmış və çəkilişlərə başlandığı iddia edilmişdi. Ancaq Mett Rivzin (Matt Reeves) çəkilişdən paylaşdığı klaketdə çəkilişlərinin ilk günü olaraq 27 yanvar göstərilməsi, daha əvvəl sızdırılan bu görüntülərin test çəkilişlərinə və ya sadəcə dublyorların və ekstraların daxil olduğu, ümumilikdə kəskin səhnələrin çəkildiyi Second Unit çəkilişlərinə aid ola biləcəyini düşündürdü. Robert Pattinsonun baş rolunu üstlənəcəyi The Batman, 25 iyun 2021-ci ildə premyerası olacaq.

Batman’ə Robert Pattinsonun həyat verəcəyi The Batman, diqqət çəkici bir aktyor heyətini bir araya gətirir. Filmdə Catwoman’ı Zoi Kravits (Zoë Kravitz), Batman komikslərinin ən önəmli mənfi xarakterləri arasında yer alan The Riddler’ı Pol Dano (Paul Dano), bir digər ikonik mənfi xarakter olan Penguin’i Kolin Farrell (Colin Farrell), Komiser Gordon’ı Ceffri Rayt (Jeffrey Wright), Alfred’i Endi Serkis (Andy Serkis), Carmine Falcone’u isə Con Turturro (John Turturro) canlandıracaq. Bundan əlavə filmdə rol alacağı dəqiqləşən Piter Sarsqaardın (Peter Sarsgaard) Two-Face olaraq da bilinən Harvey Dent’ə həyat verəcəyi danışılır. Digər yandan Juliard’dan yeni məzun olan gənc aktrisa Jayme Lawson‘ın da filmdə rol alan bir digər ad olacaq. Filmdə önəmli bir rol üstlənməsi gözlənilən Lawson’ın hansı xarakterə həyat verəcəyi açıklanmamış olsa da, gənc aktyorun Batgirl olaraq tanınan Barbara Gordon’ı canlandıracağı təxmin edilir.

Картинки по запросу мэтт ривз

Mett Rivzin (Matt Reeves) deyimi ilə “noir bir Batman hekayəsi danışacaq” və sevilən qəhrəmanın detektiv tərəfinə hədəflənəcək olan The Batman’The Riddler, Penguin, Catwoman, Harvey Dent kimi Batman komikslərində önəmli yerə sahib olan bir çox xarakter yer alacaq. Bu xarakterlər üçün önəmli aktyorlarla razılaşılması Matt Reeves’in indidən davam filmləri üçün bünövrəni atdığını düşündürür. Mett Rivzin (Matt Reeves) The Batmanlə yeni bir üçləmə başlatmaq istədiyi yönündəki deyilənlər də bu ehtimali gücləndirir.




 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər