Lopezli "Anaconda"nın Remeykinin Hazırlıqlarına Başlanıldı!

27 Yanvar, 2020

Columbia Pictures, Cennifer Lopezin (Jennifer Lopez) baş rolunda yer aldığı 1997-ci il istehsalı Anaconda’nın remeyki üçün hazırlıqlara başlanıldı. Remeykin ssenarisini "Tomb Rayder: Lara Kroft" (Tomb Raider) və "Ağca və Ovçu"nun (Snow White and the Huntsman) ssenaristi İven Dogerti (Evan Daugherty) yazacaq.

Luis Lyosanın (Luis Llosa) rejissoru olduğu, Cennifer Lopezin (Jennifer Lopez), Con Voyt (Jon Voight), Ays Küb (Ice Cube), Ouen Uilson (Owen Wilson) kimi adların aktyor heyətində yer aldığı 1997-ci il istehsalı macəra, qorxu filmi Anaconda’, film komandasının çəkəcəkləri sənədli film üçün Amazon meşələrinə yollanmasını və bu əsnada nəhəng bir anakonda ilə qarşılaşmaları nəticəsində yaşadıqları hadisələri mövzu götürürdü.

Картинки по запросу Anaconda Is Getting A Reboot, But Will It Include Jennifer Lopez?

90-cı illər filmləri arasında ilk ağla gələn filmlərindən biri olan Anaconda’, televiziya kanallarında gecə göstərilən canavar və fəlakət temalı filmlər siyahısının başında gələn bir film olaraq yaddaşlara həkk olunarkən, bəzilərinə görə də “guilty pleasure” (xəcalətli zövq) olaraq bilinirdi. Bir çox zaman tənqid olunan filmlər arasında yer alan Anaconda’, illər sonra remeyk olaraq böyük ekrana geri qayıtmağa hazırlaşır.

Anaconda’nın remeykinin ssenarisini "Ağca və Ovçu"nun (Snow White and the Huntsman) ssenaristi İven Dogerti (Evan Daugherty) yazacaq. The Hollywood Reporter’ın xəbərinə görə Columbia Pictures, Anaconda’’nın remeyki üçün hazırlıqlara başladı. Yeni bir komanda və aktyor heyəti ilə davam edəcək olan remeykin ssenarisini "Tomb Rayder: Lara Kroft" (Tomb Raider) və "Ağca və Ovçu"nun (Snow White and the Huntsman) ssenaristi İven Dogerti (Evan Daugherty) yazacaq.



THR’ın xəbərindəki məlumatlara görə Columbia Pictures’ın, Anacondanın remeykini hazırlayacaq olmasının səbəbi isə baş rolda Ceyson Steytemin (Jason Statham) yer aldığı 2018-ci il istehsalı Meg filmidir. Megalodon adlı böyük ağ akulanın saçdığı dəhşəti mövzu götürən Meg filmi kassada böyük uğur əldə etmişdi. Anaconda ilə oxşar formatda irəliləyən Meg’in bu uğuru, Columbia Pictures’ı hərəkətə keçirmiş kimi görünür. Studiya, B-film konseptində irəliləyən bir Anaconda filmi çəkməyi planlayır. İven Dogertinin (Evan Daugherty) yazacağı ssenarinin, hekayə mənasında nə kimi yeniliklər qatacağı və 2020 dünyasında Anaconda filminin izləyiciyə maraqlı gəlib gəlməyəcəyi maraq mövzusudur. Filmin rejissoru və aktyor heyətində yer alacaq adlar hələ açıqlanmayıb.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər