Luis Lyosa

Luis Lyosa

Rejissor

BİOQRAFİYA

Luis Lyosa Urkidi - perulu kinorejissor və prodüserdir. Kinoda daha çox “Anakonda” (Anaconda – 1997), “Mütəxəssis” (The Specialist – 1994), “Amazon alov içində” (1993), “Cinayət Zonası” (Crime Zone – 1989) filmlərinin rejissoru və prodüseri kimi şöhrət qazanıb. Onu incəsənət aləmində “Luço” təxəllüsü ilə tanıyırlar. Nə qədər qəribə səslənsə də, kinokaryerasına tənqidçi olaraq başlayıb. Habelə 1997-ci ildə çəkdiyi "Anakonda" qorxu filminə görə öz “tənqid yağışına” düşüb. Filmdə Cennifer Lopez, Ays Küb, Erik Stoltz kimi ulduzlar çəkilsə də dəfələrlə “Qızıl Moruq” mükafatına (o cümlədən ən pis rejissor işi nominasiyasında) namizəd olub. Tənqidçilərin mənfi rəylərinə baxmayaraq, “Anakonda” böyük kassa uğuru qazanıb. ABŞ və dünya kinoteatrlarından ümumilikdə 136 milyon dollar götürərək, 20-ci əsrin blokbasterinə çevrilib. Rejissor 1951-ci ildə Limada anadan olub. Müğənni Roksana Valdivyeso ilə evlidir. 3 övladı var. Yazıçı Mario Varqas Lyosanın əmisi oğludur.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8C%D0%BE%D1%81%D0%B0,_%D0%9B%D1%83%D0%B8%D1%81

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç