Netflix Bernstein Bioqrafiyasının Haqlarını Satın Aldı!

24 Yanvar, 2020

Bredli Kuperin (Bradley Cooper) rejissoru olacağı, eyni zamanda baş rolunda yer alacağı Leonard Bernstein bioqrafiyasının haqlarını Netflix satın aldı. Filmin prodüserləri arasında Martin Skorseze (Martin Scorsese), Stiven Spilberq (Steven Spielberg) və Todd Fillips (Todd Phillips) də yer alır. "Mənim Oğlanım Dəlidir" (Silver Linings Playbook), American Hustle kimi uğurlu filmlərlə adını eşitdirən, "Ulduz Doğuldu" (A Star is Born) ilə rejissor olaraq da hünərlərini ortaya qoyan Bredli Kuperin (Bradley Cooper), 25 yaşında Nyu-York Filarmoniya Orkestrinin başına keçən və West Side Story, On the Waterfront filmlərinin musiqilərinə imza atan məşhur bəstəkar Leonard Bernstein‘in həyatını mövzu götürən bir film üzərində çalışdığını sizlərlə paylaşmışdıq.

Bredli Kuperin (Bradley Cooper) rejissoru olacağı, eyni zamanda Leonard Bernstein’i canlandıracağı film, 30 illik bir vaxt çərçivəsində keçəcək və Leonard Bernstein’in həyat yoldaşı Felicia Montealegre ilə arasındaki evliliyə hədəflənəcək. Bredli Kuper (Bradley Cooper), filmin ssenarisini "Diqqət Mərkəzində" (Spotlight) ilə Ən Yaxşı Orijinal Ssenari “Oskar”ını qazanan Coş Singer (Josh Singer) ilə birlikdə qələmə alacaq. İlk olaraq 2018-ci ildə gündəmə gələn, ancaq o gündən bəri geri planda qalan filmlə bağlı yenilik ortaya çıxdı.



Martin Skorseze (Martin Scorsese), Stiven Spilberq (Steven Spielberg) və Todd Fillips (Todd Phillips), Bredli Kuperli (Bradley Cooper) Leonard Bernstein bioqrafiyasının prodüserliyini üstlənəcək. Deadline’ın xəbərinə görə Netflix, Bredli Kuperli (Bradley Cooper) Leonard Bernstein bioqrafiyasının haqlarını satın aldı. Filmin prodüserliyini film dünyasının usta rejissorlarından Martin Skorseze (Martin Scorsese), Steven SpielbergJoker’la Ən Yaxşı Rejissor kateqoriyasında “Oskar”a namizəd olan Todd Fillips (Todd Phillips) üstlənəcək.



Bu nöqtədə önəmli bir detala diqqət çəkməkdə fayda var: Xəbərdəki bu diqqət çəkici detal isə Netflix və Stiven Spilberqin (Steven Spielberg) bu film üçün eyni çatı altında görüşəcək olmasıdır. Xatırlayacağınız kimi Stiven Spilberq (Steven Spielberg), keçən il Netflix filmlərinin “Oskar”da yarışmasını doğru hesab etmədiyini dilə gətirmiş və bu filmlərin Akademiya tərəfindən dəyərləndirməyə alınmaması üçün hərəkətə keçmişdi. Göstərdiyi reaksiyanı reallığa çevirmək istəyən rejissor, Netflix filmlərinin “Oskar” mükafatlandırma dəyəndirilməyə alınmaması üçün Akademiya üzvləri ilə görüşəcəyini vurğulayan bir açıqlamaya da imza atmışdı. Netflix mövzusunda bu qədər sərt bir tutum içərisində olan Stiven Spilberqin (Steven Spielberg), bu film üçün Netflix’lə çalışacaq olması ağlımızda suallar doğurur. Hətta bir gün Stiven Spilberqin (Steven Spielberg) rejissoru olacağı bir filmin, Netflix çatısı altında yayımlanacağı ehtimalını da ortaya çıxarır. İrəliləyən müddətdə Netflix və Stiven Spilberq (Steven Spielberg) arasındakı əlaqənin hansı nöqtəyə gələcəyini birlikdə görəcəyik. Digər yandan filmin çəkilişlərinə gələn ilin başında başlanması gözlənilir. Netflix, RomaThe Irishman’la əldə edilən uğuru davam etdirmək adına bu film üçün təsirli bir tanıtım kampanyası təşkil etməyi planlayır. Netflix’in film üçün “Oskar” kampanyası təşkil etməsi gözlənilir. Bredli Kuperin (Bradley Cooper) son iki ildir Leonard Bernstein’in ailəsi ilə yaxın münasibət içində olduğu filmin premyera tarixi naməlumluğunu qoruyur.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər