Bredli Kuper

Bredli Kuper

Aktyor, ssenarist, rejissor, prodüser

BİOQRAFİYA
Bredli Kuper 5 yanvar 1975-ci ildə Filadelfiyada (ABŞ) anadan olub. Bredlinin anası, italyan əsilli Qloriya NBC telekanalında çalışırdı, atası, irland qaçqını olan Çarli isə ABŞ-ın Merill Linç İnvestisiya Bankında broker işləyirdi. O, ailənin ən kiçik övladı idi. Bredli və bacısı Holli, uşaqlıqda əsasən Kuperlər ailəsinin ziyarət etdiyi katolik kilsəsində tərbiyə olunublar. Bununla belə, valideynləri də onun tərbiyəsinə ciddi fikir verirdilər. 1993-cü ildə Villanova Özəl Universitetinə daxil olur. Təxminən, bir il təhsil aldıqdan sonra Kuper Vaşinqtonda yerləşən Corctaun Universitetinə göndərilir. Bundan sonra Bredli dram və aktyorluq sənətinə yiyələnmək üçün Nyu-Yorka yollanır. Həmin illərdə təhsili ilə bərabər otellərdə də işləyirdi. Bredli Kuper 2001-ci ildən 2003-cü ilədək “Сasus qadın” serialında Uill Tippin obrazını canlandırıb. Serial aktyora populyarlıq gətirir və müxtəlif filmlərə ikinci və üçüncü dərəcəli rollara dəvət almağa başlayır. Bununla belə, seriallara çəkilməyə davam edir. ”Qanun və qayda”, “Küçə”, “Cek və Bobbi” dramatik seriallarında, eləcə də “Mətbəxin sirləri” sitkomunda çəkilir. 2009-cu ildə Ben Afflek, Cennifer Eniston, Skarlett Yohansson və Drü Berrimor kimi ulduzlarla birlikdə çəkildiyi “Söz vermək hələ evlənmək deyil” romantik komediyası ilə ekranlara çıxır. Elə həmin il aktyorun iştirakı ilə ”Veqasda oğlanların yığıncağı” filminin dünya premyerası baş tutur. Komedik janrlı film ayrılan büdcədən 13 dəfə çox gəlir gətirməklə, tənqidçi və tamaçaşıların rəğbətini qazanır. Məhz bu film Bredliyə çoxdan gözlənilən şöhrəti, məşhurluğu, eləcə də ənənəvi Hollivud kinofestivalının mükafatını qazandırır. 2010-cu ildə Kuper ulduz komandasından ibarət növbəti “Müqəddəs Valentin günü“ romantik komediyası ilə tamaşaçıların görüşünə gəlir. 2014-cü ildə Bredli Kuper rejissor Klint İstvudun “Snayper” filmində yaratdığı Kris Kayl obrazına görə yenidən ən yaxşı aktyor nominasiyasında "Oskar" mükafatına namizəd seçilir. 2017-ci ildə premyerası olan “Qalaktikanın keşikçiləri 2” filmində yenotu səsləndirib. Bredli Kuperin bioqrafiyası məşhur qadınların adları ilə də zəngindir. Mediada yazılanlara inansaq, Rene Zelveqer, Oliviya Uayld, Cennifer Lopeslə münasibətləri olub. 2011-ci ilin sonunda “Sözlər” filminin premyerasında aktrisa və model Zoi Saldana ilə görünür. Aktyorun sonuncu sevgilisi bir müddət futbolçu Kriştianu Ronaldu ilə münasibəti olan rusiyalı supermodel İrina Şeykdir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Bredli_Kuper

 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç