Coş Singer

Coş Singer

Ssenarist, prodüser

BİOQRAFİYA
Coş Singer 1972-ci ildə Filadelfiyada (Pensilvaniya ştatı, ABŞ) anadan olub. Singer Yel universitetini iqtisadiyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Harvard biznes məktəbinin hüquq ixtisasını doktor, biznesin idarə edilməsi ixtisasını magistr dərəcəsində bitirməmişdən əvvəl “McKinsey & Company”da işləyib. Harvardı bitirdikdən sonra Con Uells onu “Qərb qanadı” teleserialına ssenari yazmaq üçün dəvət edir. 2012-ci ildə Singer “Beşinci hakimiyyət” filminin ssenarisini yazır. 2015-ci ildə çəkilən “Diqqət mərkəzində” filminin ssenaristlərindən biri olur. Bu filmə görə o, "Ən yaxşı orijinal ssenari" kateqoriyası üzrə “Oskar” mükafatına namizəd göstərilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Josh_Singer
FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç