Lamber Vilson "The Matrix 4" Filmində Rol Ala Bilər!

21 Yanvar, 2020

The Matrix ReloadedThe Matrix Revolutions’ta Merovingian’a həyat verən Lamber Vilson (Lambert Wilson), The Matrix 4’də eyni xaraktərə həyat verməsi üçün görüşlərin davam etdiyini açıqladı. Lana Vaçovskinin (Lana Wachowski) yazıb rejissoru olacağı, Kianu Rivz (Keanu Reeves) və Kerri-En Mosun (Carrie-Anne Moss) NeoTrinity rolları ilə geri qayıdacağı The Matrix 4 üçün hazırlıqların sürət qazanmasıyla birlikdə filmin aktyor heyəti də formalaşmağa başladı.

Yeni Matrix filmində Kianu Rivz (Keanu Reeves) və Kerri-En Mosa (Carrie-Anne Moss) Watchmen serialı ilə adını eşitdirən Yahya Abdul-Mateen II, How I Met Your Mother’ın Barney Stinson’u olaraq tanınan Nil Patrik Harris (Neil Patrick Harris), seriyanın 2-ci və 3-cü filmində Niobe’ya həyat verən Cada Pinkett Smit (Jada Pinkett Smith), Iron Fist serialı ilə uğur qazanan Jessica Henwick, Mindhunter serialı sevilən Jonathan Groff və daha əvvəl Sense8 serialında Lana Vaçovski (Lana Wachowski) ilə işləyən Toby Onwumere ilə Max Riemelt‘lə oynayacağı bir müddət əvvəl ortaya çıxmışdı. Ötən gün aktyor heyətinə yeni bir ad daha əlavə olundu. Vaçovskilər’in yaradıcısı olduğu Sense8 serialında rol alan bir digər ad olan Eréndira Ibarra yeni Matrix filminin aktyor heyətinə daxil oldu.



Filmin aktyor heyəti ilə bağlı əsl həyəcan yaradan açıqlama isə Lamber Vilsondan (Lambert Wilson) gəldi. The Matrix ReloadedThe Matrix Revolutions’da Merovingian xarakterinə həyat verən Lamber Vilsondan (Lambert Wilson), ötən günlərdə verdiyi bir bildirişdə The Matrix 4’da bu xarakterə yenidən həyat verə biləcəyini açıqladı. Yeni Matrix filmində xarakterə yenidən həyat verməsi üçün görüşlərin davam etdiyini vurğulayan Lamber Vilson (Lambert Wilson), sıx təqviminin buna mane ola biləcəyini qeyd etdi. Lana Vaçovskinin (Lana Wachowski) rejissoru olacağı The Matrix 4, 21 may 2021-ci ildə premyerası olacaq.

Yeni Matrix filmi haqqında bilinənlər olduqca az olsa da, Lamber Vilsonun (Lambert Wilson) bu açıqlamaları Merovingian’ın da hekayənin bir parçası olacağını göstərir. Matrix kainatının Hades’i olaraq anılan bu xarakter, Matrix’dəki missiyasını tamamlamış, silinmək üzrə olan proqramlara sığınacaq verən bir cinayətkar başçı olaraq qarşımıza çıxır. Kâhin’in “ən yaşlılarımızdan biri” dediyi Merovingian, Matrix’dəki ən güclü proqramlar arasında yer alır.



The Matrix 4’ün çəkiliş tarixinin Lamber Vilsonun (Lambert Wilson) digər proyektlərlə toqquşması halında Merovingian’ı canlandırması üçün başka bir aktyorla razılaşıla bilər. Nəticədə bu xarakter Matrix içindəki bir proqram olduğu üçün bir aktyor dəyişimini izah etmək çox da çətin olmayacaq. Nitekim Kâhin’ə həyat verən Gloria Foster’ın üçüncü film çəkilmədən əvvəl həyatını itirməsinin ardından bu rolu Mary Alice təhvil almış və yaşanan bu dəyişim filmin hekayəsi içində də izah edilmişdi.

Yeni Matrix filminin mövzusu sirr kimi saxlansa da, hekayə haqqında ortaya atılan bəzi iddialar bir çox mənbə tərəfindən dəstəklənir. Bu iddialara görə filmdə gənc bir Morpheus da qarşımıza çıxacaq və xarakterin bu gənc halına Yahya Abdul-Mateen II həyat verəcək. Digər yandan Jessica Henwick’in Neo’yu andıran olduqca önəmli bir xarakterə həyat verəcəyi danışılır.

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər