Skarlett Yohanssonlu Black Widow Filmindən Yeni Treyler Yayımlandı!

16 Yanvar, 2020

Skarlett Yohansson (Scarlett Johansson) baş rolunda yer aldığı Black Widow filmindən yeni treyler yayımlandı. Black Widow filminin 1 may 2020-ci ildə premyerası olacaq. Bu il premyerası olacaq filmləri və Disney+’da yayımlanacaq serialları ilə Marvel Film Kainatını 4-cü fazasını başlatmağa hazırlanan Marvel Studiyası, bu yeni dövrdə izləyicilərlə görüşəcək ilk Marvel filmi olan Black Widow üçün tanıtım işlərini davam etdirir. Keçən ay filmdən ilk treyleri yayımlayan studiya, bugün də filmdən yeni bir treyler paylaşdı.

Картинки по запросу Scarlett Johansson has 'unfinished business' in new Black Widow footage

2010-cu il istehsalı "Dəmir adam 2" (Iron Man 2) ilə Marvel Film Kainatına daxil olan və o gündən bəri bu kainatın ən önəmli xarakterlərindən biri olan Black Widow’un ilk solo filmi, Black Widow filmi, Captain America: Civil War ilə Avengers: Infinity War arasındakı dövrdə keçəcək və Civil War’da yaşanan hadisələrin ardından saxlanması lazım olan Black Widow’un qaranlıq keçmişləri ilə üzləşmək üçün evinə qayıtmasını danışacaq. Filmdə Black Widow’a bir dəfə daha Skarlett Yohansson (Scarlett Johansson) həyat verəcək. Black Widow filmi, 1 may 2020-ci ildə premyerası olacaq.



Berlin Syndrome ilə adını eşitdirən Cate Shortland’ın rejissoru olduğu Black Widow filminin aktyor heyətində Skarlett Yohanssonla (Scarlett Johansson) yanaşı Devid Harbor (David Harbour), Florens Pyu (Florence Pugh), O-T FagbenleReyçel Vays (Rachel Weisz) iştirak edir. Marvel Film Kainatında Thaddeus Ross’a həyat verən Uilyam Hörtün (William Hurt) də filmdə yer alacağı bilinir. Digər yandan Robert Dauni (kiçik) (Robert Downey Jr.) də Tony Stark rolu ilə qısaca görünəcəyi danışılır ancaq hələ bu mövzuda rəsmi bir açıqlama verilməyib.

Filmdə Florens Pyu (Florence Pugh), komikslərdə Black Widow olaraq Natasha Romanoff’un yerini alan Yelena Belova xarakterinə həyat verir. Bu rol üçün Lady MacbethMidsommar kimi filmlərlə ulduzu parlayan Florens Pyunun (Florence Pugh) seçilmiş olması, Yelena Belova’nın Marvel Film Kainatında da önəmli bir rol üstlənəcəyini düşündürür.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər