Uilyam Hört

Uilyam Hört

Aktyor

BİOQRAFİYA

Uilyam Hört 20 mart 1950-ci ildə Vaşinqtonda (ABŞ) anadan olub. Atası diplomat olub. Uilyamın valideynləri o kiçik ikən boşanıblar. Ögey atasının istəyi ilə o, texnologiya üzrə təhsil alır. Daha sonra dram məktəbinə gedir. 1976-cı ildə Nyu-Yorka köçür. 1976-77-ci illərdə "Mənim həyatım" adlı tamaşada uğur qazanan aktyor, 1980-ci ildə kamera qarşısına keçir. "Dəyişdirilmiş dövlətlər" adlı filmdə öz üstündə təhlükəli təcrübələr aparan alim rolunu canlandırır. Sonrakı il "Bədən istiliyi” adlı erotik trillerdə hakim obrazında çəkilir. 1985-ci ildə gey-məhbus obrazını canlandırdığı “Hörümçək qadının öpüşü” filmdəki roluna görə "Ən yaxşı kişi rolu" nominasiyasında “Oskar” qazanır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Uilyam_H%C3%B6rt

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç