Kristofer Nolanın (Christopher Nolan) yeni filmi Tenet’ın büdcəsinin 205 milyon dollar olduğu ortaya çıxdı. Filmin Inception v Interstellar’dan çok daha yüksək bir büdcəyə sahib olması, Kristofer Nolanın (Christopher Nolan) bugünə qədərki ən iddialı işlərindən birinə imza atdığını göstərdi.
Memento, The Dark Knight, Inception, "Ulduzlararası" (Interstellar) kimi filmləri film dünyasına qazandıran Kristofer Nolan (Christopher Nolan), bu il yeni filmi Tenet ilə filmsevərlərin qarşısına çıxacaq. Eşidildiyi gündən bəri həyəcanla gözlənilən Tenet’in premyera tarixinin yaxınlaşması ilə birlikdə, film haqqında yeni detallar da ortaya çıxmağa başladı.
Beynəlxalq bir casusluq hekayəsi danşacağı deyilən, ancaq bundan əlavə mövzusu sirr kimi saxlanılan Tenet’ın Kristofer Nolanın (Christopher Nolan) bugünə qədərki ən böyük büdcəli filmlərindən biri olacağı bir müddətdir danışılırdı. Hətta iyun ayında çıxan xəbərlərdə filmin büdcəsinin 225 milyon dollar olacağı iddia edilmişdi. O dövrdə ortaya çıxan bu rəqəmlər şayiədən ibarət olsa da, bugün filmin büdcəsiylə bağlı çox daha dəqiq məlumatlar üzə çıxdı. Collider və Variety tərəfindən paylaşılan məlumatlara görə Kristofer Nolanın (Christopher Nolan) yeni filminin büdcəsi 205 milyon dollardır. Bu rəqəm, Tenet’in Kristofer Nolanın (Christopher Nolan) filmoqrafiyasındakı ən böyük büdcəli ikinci film olacağını göstərir. 250 milyon büdcəylə çəkilən The Dark Knight Rises, Kristofer Nolanın (Christopher Nolan) ən bahalı filmi olaraq yerini qoruyur, ancaq Tenet kimi hər hansı bir seriya ilə bağlantısı olmayan, orijinal bir proyektə 205 milyon dollar büdcə ayrılmış olması, filmi Kristofer Nolanın (Christopher Nolan) orijinal bir fikirdən yola çıxaraq çəkdiyi ən bahalı filmi edir.
Tenet’in, son dərəcə böyük işlərə və görüntü effektlərin sıx şəkildə istifadə edildiyi diqqət çəkici səhnələrə sahib olan Inception (160 milyon $) və Interstellar (165 milyon $)’dan daha böyük bir büdcəyə sahib olması, Kristofer Nolanın (Christopher Nolan) bugünə qədərki ən iddialı filmiylə filmsevərlərin qarşısına çıxmağa hazırlandığını göstərir.
Kristofer Nolanın (Christopher Nolan) yeni filminə 205 milyon dollar büdcə ayıraraq davam filmi ya da adaptasiya olmayan bir proyektə belə bir önəmli sərmayə qoyan Warner Bros., filmin tanıtım kampanyası üçün də bir büdcə ayırır. Collider’ın xəbərinə görə studiya, filmin tanıtımı üçün 100 milyon dolların üzərində xərcləmə etməyə hazırlaşır. Bütün bunlar son illərdəki ən “böyük” filmlərdən birinin filmsevərləri gözlədiyini göstərir. "Qara Ku-Kluks-Klan Üzvü"ndəki (BlacKkKlansman) performansıyla çox bəyənilən Con Devid Vaşinqton (John David Washington) ilə peşəkar aktyor Robert Pattinsonun baş rollarını üstləndiyi filmin aktyor heyətində Elizabet Debiki (Elizabeth Debicki), Aaron Teylor-Conson (Aaron Taylor-Johnson), Kennet Brana (Kenneth Branagh), Michael Caine Clémence Poésy, Dimol Kapadia (Dimple Kapadia) kimi adlar yer alır. Kristofer Nolanın (Christopher Nolan) necə bir iş ortaya qoyduğunu görmək üçün həyəcanla gözlədiyimiz Tenet filminin 17 iyul 2020-ci ildə premyerası olacaq.