Qay Riçinin "The Gentlemen" Filmindən Treyler Yayımlandı!

25 Dekabr, 2019

Qay Riçinin (Guy Ritchie) Mettyu MakKonahi (Matthew McConaughey), Çarli Hannem (Charlie Hunnam), Kolin Farrel (Colin Farrell), Hyu Qrant (Hugh Grant) və Mişel Dokeri (Michelle Dockery) kimi adamları bir araya gətirən yeni filmi The Gentlemen’dən treyler yayımlandı.

Lock, Stock and Two Smoking Barrels ilə film dünyasına sürətli bir giriş edən Qay Riçi (Guy Ritchie), sonrakı illərdə SnatchRevolver ilə karyera pillələrini sürətlə dırmanmış, hətta bir dövr Kventin Tarantino (Quentin Tarantino) ilə birlikdə ən həyəcan verici rejissorlar arasında yer almışdı.

 Фото: kinopoisk.ru

Ancaq rejissor son illərdə daha çox Şerlok Holms (Sherlock Holmes), The Man from U.N.C.L.E."Kral Artur: Qılınc əfsanəsi" (King Arthur: Legend of the Sword) kimi böyük büdcəli kəskin janrlı filmlərə üstünlük verməyə başladı. Öz fikirlərindən yola çıxaraq çəkdiyi filmləri geridə qoyub studiyalar tərəfindən hazırlanmış proyektlərin rejissorluğunu üstlənməyə başlayan Riçi, bu seçimi ilə bir çox filmsevəri xəyal qırıqlığına uğratdı. Son olaraq Disney’in live-action yeni versiyasında "Ələddin"in (Aladdin) rejissor kürsüsünə oturan Riçi, illər sonra ondan görməyə alışdığımız filmlərə geri qayıdır.

İstər mövzusu, istər ortaya çıxma forması ilə rejissorun ilk dövr filmlərini andıran The Gentlemen, ya da ilk eşidildiyi dövrdəki adıyla Toff Guys, önümüzdəki il filmsevərlərlə görüşəcək. Geniş bir aktyor heyətini bir araya gətirən film üçün gözlənti davam edərkən, filmdən yeni bir treyler yayımlandı.

 

Qay Riçi (Guy Ritchie) imzalı The Gentlemen, gələn il izləyicilərin ixtiyarına veriləcək. Çarli Hannem (Charlie Hunnam), Mettyu MakKonahi (Matthew McConaughey), Hyu Qrant (Hugh Grant), Kolin Farrel (Colin Farrell), Henry Golding, Jeremy Strong, Mişel Dokeri (Michelle Dockery) və Eddi Marsan (Eddie Marsan) kimi adların aktyor heyətində yer aldığı film, bir narkotik baronunun hekayəsini danışır.

Mickey Pearson (Matthew McConaughey) Londonda son dərəcə karlı bir marixuana imperatorluğu quran bir amerikalıdır. Mickey’nin sonsuzadək bu sektordan çəkilməyi planladığı yayılmağa başlayınca Mickey’nin sui-qəsd, şantaj, rüşvət və yerinə keçmək üçün sanki bir-birləriylə yarışan cinayətkarlarla mübarizə aparır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər