Mişel Dokeri

Mişel Dokeri

Aktrisa

BİOQRAFİYA

Mişel Dokeri 15 dekabr 1981-ci ildə Londonda (İngiltərə) doğulub. Orta məktəbdən sonra Dokeri Musiqi və Teatr Məktəbinə qəbul olub və 2004-cü ildə buranı bitirib. Bir il sonra isə “Fingersmith” teleserialında debüt edib. Növbəti ildə “Santa-Xryakus” televiziya filminə çəkilib. Mişel Dokeri daha çox “Daunton abbatlığı” teleserialında oynadığı rolla məşhurlaşıb. Seriala 2010-cu ildən bəri çəkilir. Gördüyü işə görə tənqidçilərin rəğbətini qazanıb. Bir neçə mükafatın laureatıdır. Eyni zamanda 2012-ci ildə dram serialında ən yaxşı qadın rolu kateqoriyasında “Emmi” mükafatına namizəd olub. “Daunton abbatlığı” ona eyni zamanda ən yaxşı qadın rol nominasiyasında “Qızıl Qlobus” mükafatına namizədliyi qazandırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%BE%D0%BA%D0%B5%D1%80%D0%B8,_%D0%9C%D0%B8%D1%88%D0%B5%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç