Riçard Girli "Three Christs"dan Treyler Yayımlandı!

27 Noyabr, 2019


Riçard Gir (Richard Gere), Piter Dinkleyc (Peter Dinklage), Uolton Qoggins (Walton Goggins), Bredli Uitford (Bradley Whitford) kimi adların aktyor heyətində yer aldığı, 1950-ci illərdə İsa olduğunu iddia edən üç adamın müalicəsi üçün edilən gerçək bir təcrübəni mövzu götürən Three Christs’dən treyler yayımlandı.

Dünya tarixində böyük müzakirələrə səbəb olan psixoliji ya da sosioloji bir çox təcrübə, filmin sirli dünyasında özünə yer tapıb. Təcrübələri mövzu götürən filmlər, bəzən elmi-fantastik janrda özünə yer taparkən, bəzən də gərgin hadisələri diqqət çəkici bir şəkildə ələ alır. Ilsa, She Wolf of the SS, Das Experiment, The Stanford Prison Experiment, Die Welle, Experimenter’dan sonra hekayəsi gerçək hekayələrə əsaslanan yeni bir film də gəlir: Three Christs!



1950-ci illərdə Dr. Milton Rokeach, eyni ruhi xəstəxanada özlərinin İsa olduğunu iddia edən üç ayrı adamın müalicəsi üçün bir təcrübə aparır. Bu təcrübə çərçivəsində özünün İsa olduğunu iddia edən üç adam  bir araya gətirilib, davamlı olaraq bir-birləri ilə üzləşdirilsə özlərindən şübhə edə biləcəkləri və İsa olduqları iddiasından vaz keçə biləcəkləri iddia olunur. Ancaq hadisələr gözlənilən formada getmir və bu təcrübə, şiddətli müzakirələri və ehtimalları özü ilə gətirir. Dünya premyerasını 2017-ci ildə Toronto Film Festivalında edən Three Christs’dan treyler yayımlandı.



Three Christ filmi də bu təcrübəni mövzu götürərək, işlərin qarışıq bir nöqtəyə gəlməsilə yaşanan hadisələri böyük ekrana gətirir. Filmdə həkimə Riçard Gir (Richard Gere) həyat verir. Özünü İsa zənn edən üç ruhi xəstəni isə Piter Dinkleyc (Peter Dinklage), Uolton Qoggins (Walton Goggins) və Bredli Uitford (Bradley Whitford) canlandırır. Filmdə bu dördlü ilə yanaşı Julianna Margulies, Charlotte Hope, Kevin Pollak, Ceyn Aleksandr (Jane Alexander) kimi aktyorlar da iştirak edir.

Filmin rejissorluğunu Risky Business, "Ürəyə yaxın" (Up Close & Personal), "Qara qu quşu" (Black Swan) filmlərinin prodüserliyini üstlənən, JustifiedSneaky Pete seriallarının bəzi hissələrinə imza atan Con Evnet (Jon Avnet) üstlənir. Film, dünya premyerasını 2017-ci il Toronto Film Festivalında etməsinə rəğmən üç il sonra premyerası olması şansını əldə edəcək. Amerikada 10 yanvar 2020-ci ildə premyerası planlaşdırılır.

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər