Ceyn Aleksandеr

Ceyn Aleksandеr

Aktrisa, prodüser

BİOQRAFİYA

Ceyn Aleksander 28 oktyabr 1939-cu ildə Boston şəhərində tibb işçiləri ailəsində dünyaya göz açıb. Aktyor sənətinə olan rəğbət onda məktəb illərindən formalaşıb. Atasının məsləhəti ilə, bu işlə ciddi şəkildə məşğul olmazdan qabaq riyaziyyat və informatika üzrə ixtisaslaşmış kolleci bitirib. Daha sonra Şotlandiyanın Edinburq universitetində ali təhsil alıb. Yerli dramatik dərnəkdə onun mahir aktyor bacarıqları üzə çıxıb. Aleksander ilk uğurunu 1967-ci ildə Vaşinqtonun teatr səhnəsində qazanıb. Ardınca teatrda uğurlu karyerasını davam etdirib. 1970-ci ildə “Toni” mükafatı ilə təltif olunub. Kinoda da kifayət qədər müvəffəqiyyət qazanıb. Belə ki, “Böyük ağ ümid” (1970), “Prezidentin rəiyyəti” (1976), “Kramer Kramerə qarşı” (1979) və “Vəsiyyət” (1983) filmlərində oynadığı rollara görə dörd dəfə “Oskar” mükafatına namizəd olub. “Vaxtı uzatmaq” (1980), “İsti qaynaqlar” (2005) telefilmlərində canlandırdığı obrazlar ona iki “Emmi” mükafatı qazandırıb. 1993-cü ildə ABŞ-ın sabiq prezidenti Bil Klinton onu Milli incəsənət fondunun sədri təyin edib. O, 1997-ci ilə kimi bu vəzifədə qalıb. Hal-hazırda Ceyn Aleksander Vəhşi təbiətin mühafizəsi fondunda fəal mövqe tutur, nüvə silahlarının ləğv olunması ilə bağlı kampaniyalarda aktiv şəkildə iştirak edir. Aktrisa iki dəfə ərdə olub. 1964-cü ildə ikinci ərindən oğlu Ceysi dünyaya gəlib. Ceys hazırda televiziya rejissoru kimi fəaliyyət göstərir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jane_Alexander

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç