Piter Dinkleyc
Aktyor
Piter Heyden Dinkleyc 11 iyun 1969-cu ildə Nyu-Cersi ştatının Morristaun adlı kiçik qəsəbəsində (ABŞ) anadan olub. Piter kompleksli, özünəqapalı, fiziki cəhətdən zədələndiyi üçün əzab çəkən bir uşaq kimi böyüyüb. Lakin illər keçdikcə o kompleksini bir kənara qoyub hər şeyə adi baxır, özündə olan çatışmazlıqları dəyərləndirir və ətrafdakıların onun uğuruna inanmamasına baxmayaraq ruhdan düşmürdü. Orta məktəb şəhadətnaməsini aldıqdan sonra onu ələ salanları cavablandırmaq üçün İncəsənət məktəbinə daxil olur. İlk günlərdən müəllim və şagird kollektivi Piterdə olan istedadı görə bildilər. 1991 ci ildə təhsilini başa vuran Piter teatrda işləməyə başlayır. Aktyorun böyük ekran debütü 1995 ci ildə art hazur tipli, Tom Doçillonun “Unudulmuş həyat” komedik dramında olub. Spesifik janrlı film olmasına baxmayaraq Stiv Buşemibnin baş rolda çəkildiyi film tamaşaçı və tənqidçilər tərəfindən yaxşı rəylər alıb. Hətta bir neçə mükafata layiq görülüb. İlk, uğurlu addımdan sonra gənc aktyora hollivuda gedən yolun qapıları açılır və nəhəng tele və kino layihələrinə dəvətlər alır. Mişel Qondrinin “Heyvan naturası”, Aleksandr Rokuellin “On üç ay” komediyaları, Fişer Stivensin “Sadəcə öpüş” melodramı, “Bu səhər Nyu Yorkda” romantik komediyası, ”Narniya salnamələri. Xəzər şahzadəsi”, “İks adamlar. Keçmiş gələcək günlər” fantastikası və bir çox filmlərdə Dinkleyc yaddan qalan obrazları yaradıb. Dinkleycin nəzərə çarpan rollarından biri də Tomas MakKartinin “Stansiya baxıcısı” və Mettyu Braytın “Balaca barmaqlar” filmlərində oynadığı rollardır. Aktyoru daha çox məşhurlaşdıran isə “Taxt-Tac oyunları” telelayihəsində oynadığı Tirion Lanster obrazıdır. Bu rola görə “Emmi” və “Qızıl Qlobus” mükafatlarına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Peter_Dinklage