Riçard Gir

Riçard Gir

Aktyor, prodüser

BİOQRAFİYA

Riçard Gir 31 avqust 1949-cu ildə Filadelfiyada (Pensilvaniya, ABŞ) anadan olub. Beş uşaqlı ailənin ikinci uşağı olaraq dünyaya gəlib. Əvvəllər musiqi üzrə təhsil alıb. Daha sonra aktyorluğa meyl göstərib. Amerikanın öndə gedən aktyorlarındandır. Atası Homer Corc Gir Sığorta Şirkətinin agenti idi. O 1967-ci ildə Şimali Sitrakuz orta məktəbini bitirib. Daha sonra musiqi və gimnastika məktəbinə gedib. Gimnastikada ixtisaslaşmaq üçün Massaçusest ştatının Amherst Universitedində daxil olub, lakin qurtaranda ali təhsili olmadığı üçün diplom ala bilməyib. Riçard Gir 1971-ci ildə "Keyp-Kolda Guildenstern" və "Rosencrantz" teatr tamaşalarında çıxış edib. Onun kinodakı ilk rolu 1970-ci illərin ortalarında "Cənab Goodbar" (1971) trilleri idi. 1973-1980-cı illərdə Gir karyerasında sürətli yüksəlmə dövrü başlayır. O 1982-ci ildə kino çəkilişlərindən artıq 130 milyon dollar qazanırdı. 1974-cü ildə Riçard “Fletbuşlu lordlar” adlı aşağı büdcəli kriminal filmdə çəkilmək təklifi alır. Quldurlar haqqında filmdə həmin vaxt az adamın tanıdığı Silvestr Stallone də çəkilmişdi. Gir Çiko roluna təsdiqlənsə də, çəkiliş prosesində tez-tez Stallone ilə onun arasında qarşıdurmalar yaşanırdı, hətta bəzən sözlərin əvəzinə yumraqlar işə düşürdü. Nəticədə rejissor Giri aktyor Perri Kinqlə əvəzləməyə məcbur qalır. İndiyə kimi 40-dan çox filmdə rol alıb. Kinoda başlıca olaraq “Çikaqo” (2002), “Gözəlçə” (1990), “Çaqqal” (1997), “Hatiko” və “Gəlin rəqs edək” (2004) filmlərində oynadığı rollara görə tanınır. Buddizimə etiqad edir. Ən yaxşı kişi aktyor nominasiyasında "Qızıl Qlobus" mükafatı laureatıdır. Şəxsi həyatına gəlincə 1991-1995-ci illərdə supermodel Sindi Kroufordla evli olub. 2002-ci ildə yeddi ilə qeyri-rəsmi nikahda olduğu aktrisa və keçmiş model Keri Louellə evlənib. Louell 2000-ci ildə Girin həmin nikahdan olan yeganə oğlunu dünyaya gətirib. 2013-cü ildə məhkəməyə edilən müraciətdən sonra nikaha xitam verilib. Bir neçə aydan sonra Gir Aleksandra Silva ilə tanış olub. 2018-ci ilin aprel ayında tərəflər münasibətlərini rəsmiləşdirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ri%C3%A7ard_Gir

FİLMOQRAFİYA
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç