Bredli Uitford

Bredli Uitford

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Bredli Uitford 10 oktyabr 1959-cu ildə Medison (Viskonsin ştatı, ABŞ) şəhərində anadan olub. Ueslian universitetinin məzunudur. Eyni zamanda 1985-ci ildə Culyard dram məktəbini bitirib. Karyerasının başlanğıcında bir neçə teleşou və filmdə çəkilib. İlk ciddi rolu NBC telekanalında 1999-2005-ci illər ərzində yayımlanan “Qərb qanadı” serialında Coş Liman rolu olub. Şou çox uğurlu alınıb və tənqidçilərin etimadını qazanıb. Nəticədə Uitford 2001-ci ildə dramatik serialda "Ən yaxşı ikinci plan aktyoru" kateqoriyası üzrə “Emmi” mükafatına layiq görülür. Həmçinin 2002 və 2003-cü illərdə “Emmi”, 2001-2003-cü illərdə isə “Qızıl Qlobus” mükafatına namizəd olub. 2001 və 2002-ci illərdə bütün aktyor heyəti ilə birgə "ABŞ Aktyorlar Gildiyası" mükafatını qazanıb. 2010-cu ildə “Yaxşı oğlanlar” serialında baş rolda çəkilib. Karyerası ərzində 30-dan çox bədii filmdə rol alıb. Ən yadda qalan filmləri sırasına “Meşədə yerləşən daxma” (2011), “Kiçik Manhetten” (2005), “Keyt və Leo” (2001), “İki yüz yaşlı adam” (1999), “Billi Medison” (1995), “İdeal dünya” (1993), “Qadın ətri” (1992) və sair filmləri daxil etmək olar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Bradley_Whitford

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç