Con Turturro "The Batman"in Aktyor Heyətinə Daxil Oldu!

25 Noyabr, 2019

Robert Pattinsonun baş rolunu üstləndiyi The Batman’i yazıb, rejissoru olacaq Mett Rivz (Matt Reeves), filmdə Carmine Falcone’u Con Turturronun (John Turturro) canlandıracağını açıqladı.

Cloverfield, Let Me In"Meymunlar planeti: Müharibə" (War for the Planet of the Apes) kimi uğur qazanan filmlərlə tanınan Mett Rivzin (Matt Reeves) yazıb, rejissoru olacağı The Batman‘in aktyor heyətində yer alacaq diqqət çəkici adlara bir yenisidə əlavə olundu. Açıqlanan hər yeni adla biraz daha həyəcan verici bir vəziyyət alan. yeni Batman filmi üçün hazırlıqlarını davam etdirən Rivz, Twitter hesabından etdiyi paylaşımla Con Turturronun (John Turturro) da filmin aktyor heyətinə qatıldığını açıqladı.

John Turturro'Motherless Brooklyn' film premiere, Rome Film Festival, Italy - 17 Oct 2019

The Big Lebowski, Barton Fink, Do the Right Thing kimi proyektlərdəki unudulmaz performanslarıyla yaddaşlarda qalan Con Turturro (John Turturro), filmdə Carmine Falcone‘a həyat verəcək. Carmine Falcone, Batman komikslərinə aşina olanlar üçün olduqca tanış bir addır. Yəni özü Gotham’da sözü keçən mafya liderlərindən biri. The Dark Knight üçləməsində xarakterə Tom Uilkinson (Tom Wilkinson) həyat verərkən, Gotham serialında isə bu rolu John Doman üstlənmişdi.

Картинки по запросу John Turturro Joins Cast of Matt Reeves’ ‘The Batman’ as Carmine Falcone

Batman’ə Robert Pattinsonun həyat verəcəyi film, diqqət çəkici bir aktyor heyətini bir araya gətirir. Filmdə Catwoman’ı Zoi Kravits (Zoë Kravitz), Batman komikslərinin ən önəmli mənfi xarakterləri arasında yer alan The Riddler’ı Pol Dano (Paul Dano), Komiser Gordon’ı Cefffri Rayt (Jeffrey Wright), Alfred’i isə Endi Serkis (Andy Serkis) canlandıracaq. Bundan əlavə Penguin rolu üçün də Kolin Farrell (Colin Farrell) ilə görüşüldüyü bilinir. Son olaraq Juliard’dan yeni məzun olan gənc aktyor Jayme Lawson‘ın da filmdə rol alan bir digər ad olacaq. Filmdə önəmli bir rol üstlənməsi gözlənilən Lawson’ın hansı xarakterə həyat verəcəyi açıqlanmamış olsa da, gənc aktyorun Batgirl olaraq tanınan Barbara Gordon’ı canlandıracağı təxmin edilir. Robert Pattinsonun baş rolunu üstlənəcəyi The Batman, 25 iyun 2021-ci ildə premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər