Harrison Fordlu “The Call of the Wild”in Treyleri Çıxdı!

22 Noyabr, 2019


Cek Londonun romanından adaptasiya olunan “The Call of the Wild”dən ilk treyler yayımlandı. Harrison Ford’un baş rolunu üstləndiyi filmin, 21 fevral 2020-ci ildə premyerası olacaq.

White Fang, Martin Eden, "Yol" (The Road) kimi unudulmaz əsərləri ədəbiyyat dünyasına qazandıran Amerikalı yazıçı Cek Londonun əsərləri filmə adaptasiya olunmağa davam edir. Bu il Martin Eden adaptasiyası filmsevərlərin qarşısına çıxarkən, gələn il də Londonun bir digər sevilən əsərindən adaptasiya olunan The Call of the Wild filmsevərlərin ixtiyarına veriləcək.

Картинки по запросу Вышел трейлер приключенческого фильма «Зов предков» с Харрисоном Фордом

The Call of the Wild, daha əvvəl "Əjdahanı Necə Ram Etməli" (How to Train Your Dragon) və The Croods kimi uğurlu animasiya filmlərinə imza atan, “Oskar” namizədi rejissor Kris Sanders (Chris Sanders) tərəfindən filmə adaptasiya olunur. Filmin ssenarisi isə daha əvvəl Logan"Ülgüc üzərində qaçan 2049" (Blade Runner 2049) kimi uğur qazanan filmlərin ssenarisini yazan, eyni zamanda American Gods serialının yaradıcıları arasında yer alan Maykl Qrinspenə (Michael Green) aiddir. The Call of the Wild, 21 fevral 2020-ci ildə premyerası planlaşdırılır.



Daha əvvəl də filmə adaptasiya olunan The Call of the Wild, Alyaskanın vəhşi dünyasında keçir və 19-cu əsrin sonlarında yaşanan hadisə hücum sırasında xizək çəkməsi üçün Alyaskaya aparılan Buck adlı bir itin yaşadıqlarını danışır. Kaliforniyadakı sakit həyatından qoparılıp Alyaskada çətin bir həyata adaptasiya olmaq məcburiyyətində qalan Buck, vaxtla bu vəhşi dünyada öz yerini tapır.

Peşəkar aktyor Harrison Ford‘un baş rolunu üstləndiyi filmin aktyor heyətində Den Stivens (Dan Stevens), Omar Si (Omar Sy), Karen Gillan, Bredli Uitford (Bradley Whitford) və Colin Woodell kimi adlar yer alır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər