Den Stivens

Den Stivens

Aktyor

BİOQRAFİYA

Den Stivens 10 oktyabr 1982-ci ildə Kroydonda (London, İngiltərə) anadan olub. Stivens körpə yaşlarından övladlığa götürülüb və Kroydonda müəllimlər ailəsində böyüyüb. Onun kiçik qardaşı da övladlığa götürülmüşdü. Den “Footlights” teatr klubunun üzvü olub, həmçinin Milli Gənclər Teatrında aktyorluq təcrübəsi olub. İlk dəfə ona rejissor Piter Holl “Makbet” pyesində baş rolu təklif edib. Hollun qızı Rebekka isə ledi Makbet rolunu oynayıb. Aktyor “Gözəllik xətti”, “Drakula”, “İdrak və hisslər”, “Fevralda yay”, “Qəbiristanlıqda gəzinti” kimi filmlərdə yaddaqalan rollar yaradıb. Stivens Cənubi Afrikadan olan caz vokalçısı, indi musiqi müəlliməsi olan Süzi Herietlə evlidir. Cütlüyün iki qızı, bir oğlu var. Rebekka Holl onun böyük qızı Uillounun xaç anasıdır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Dan_Stevens

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç