Harrison Ford

Harrison Ford

Aktyor, prodüser

BİOQRAFİYA

Harrison Ford 13 iyul 1942-ci ildə Çikaqoda (ABŞ) anadan olub. Nənəsi Anna Lifşits yəhudi ailəsindən olub, 1907-ci ildə Minskdən ABŞ-a mühacirət edib. 1917-ci ildə Amerikaya elə Minskdən mühacirət edən və burada tramvay sürücüsü işləyən Harri Nidelmanla evlənir. Bu nikahdan doğulan qızları Doroti (1917-2004) irlandiyalı Kristofer Forda (1906-1999) ərə gedir. Onların ailəsində gələcəyin aktyoru - Harrison Ford böyüyür. Öz adını aktyor babası Harrinin şərəfinə alıb. Yeniyetmə yaşlarından kinematoqrafiyaya marağı olan Ford 1960-cı ildə məktəbi bitirən kimi kollecə qəbul olunur. Lakin məsuliyyətsizliyinə görə kollecdən qovulur. Kollecdə oxuduğu müddətdə səhnədə epizodik rollara çəkilməklə bərabər aktyor kurslarına gedir. Çox keçmədən xoşbəxtlik axtarışı üçün Hollivuda yollanır. Bir neçə rola çəkildikdən sonra studiya Fordla olan müqaviləni dayandırır və səbəb olaraq aktyorluq istedadının zəifliyi göstərilir. Anvaq "Universal" şirkəti gənc aktyora özünü sınamaq üçün müxtəlif seriallarda epizodik rollara çəkilmək şansı verir. Az sonra Ford müasir dövrdə məşhur olan “Ulduz döyüşçüləri” filmində Han Solo rolunu oynamağa dəvət olunur. Filmin dördüncü epizodunun ekrana çıxması gözlənilən uğurdan da artıq olur. Ford “Ulduz döyüşçüləri. İmperiya cavab zərbəsi endirir” beşinci film ekrana çıxana kimi ikinci dərəcəli və epizodik rollara çəkilməkdə davam edir. Fordun karyerasında uğurlu məqamlardan biri də İndiana Consun macəralarından bəhs edən filmdə baş rola dəvət olunması idi. 1982-ci ildə “İndiana Cons. “İtirilmiş gəminin axtarışında” filminə görə "Ən yaxşı aktyor" kimi "Saturn" mükafatına layiq görülür. 1986-cı ildə ilk dəfə olaraq Piter Uirin “Şahid” filminə görə "Oskar", "Qızıl Qlobus" və BAFTA mükafatlarına namizəd olur. 1964-cü ildə Harrison Ford Meri Markardla evlənir. 1966-cı ildə onların Bencamin adlı oğulları doğulur (Bencamin aşpazdır və şəxsi restoranı var). 1969-cu ildə Uillard adlı oğlu dünyaya gəlir (Uillard mebel istehsal edən firma təsis edib). 1979-cu ildə cütlük ayrılır. 1983-cü ildə Harrison ssenarist Melissa Metisonla ailə qurur. Bu nikahdan 1987-ci ildə Malkolm adlı oğlan, 1990-cı ildə Corciya adlı qız doğulur. Uşaqların ikisi də atasının yolu ilə gedib və həyatlarını şou-biznecə bağlayıb. 2001-ci ildə bu nikah da pozulur. Harrison Ford 2010-cu ildə özündən 22 yaş kiçik olan aktrisa Kalista Flokhartla evlənir. Cütlük Liam adlı oğlanı (2001-ci il təvəllüdlü) övladığa götürüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Harrison_Ford

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç