Omar Si

Omar Si

Aktyor

BİOQRAFİYA

Omar Si 20 yanvar 1978-ci ildə Paris yaxınlığında, Trapp şəhərində anadan olub. Anası mavritaniyalı ev xidmətçisi, atası isə seneqallı fəhlə idi. Omar Si hər şeyə görə valideynlərinə borcu olduğunu deyir. Çünki onu həyatsevər və zəhmətkeş böyütmüşdülər. Gənc yaşlarında Seneqal və Fransa arasında tez-tez səyahətə çıxırdı. Hətta bir vaxtlar Seneqalda yaşayıb, işləmək istəyirdi. Lakin tale ona başqa qapı açır. Omar liseyi bitirdikdən sonra "RadioNova" radiostansiyasında işləməyə başlayır. Gələcəyin aktyoru burada sinif yoldaşı Jamel Debbuz və Fred Testo ilə görüşür. Jamel Omara televiziyaya gəlməyə kömək edir. Omar "Canal+" televiziyasında "Le cinéma de Jamel" verilişində iştirak edir, daha sonra Fred Testoyla "le Visiophone" duetini yaradır. “Ömər və Fred” dueti xəbərlərdə tənqid olunur. 2001-ci ildən başlayaraq Omar kinoda ikinci dərəcəli rollarda çəkilməyə başlayır. 2001-ci ildə Şarl Nemesin “Cəhənnəm göydələni” filmində taksi sürücüsü və rejissor Alen Şabanın “Asteriks və Obeliks: Kleopatra missiyası” filmində rəssam rollarında çəkilir. 2002-ci ildə Cəmil Bensalın “Yarış”, Cordano Qederlinin “Samuraylar” və Fransua Dezanyinin “Dik bibərlər” komediyalarında çəkilir. Omar Si 2007-ci ildə Elen Si ilə ailə qurub. Cütlük dörd övladının tərbiyəsi ilə məşğul olur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Omar_Sy
FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç