Disney Çıxacaq Filmlərinin Premyera Tarixlərini Açıqladı!

20 Noyabr, 2019


Disney, 2024-cü ilə qədər çıxacaq filmlərinin premyera tarixlərini açıqladı. Açıqlanan bu tarixlər Ridli Skott (Ridley Scott) imzalı The Last Duel’ın studiyadan rəsmi icazə aldığını ortaya çıxararkən, hələ detalları açıqlanmayan "Ulduz müharibələri" (Star Wars), MarvelPixar filmlərinin yolda olduğunu göstərdi.

Son illərdə kassada rəqib tanımayan, bu ildə iyul ayında 7.67 milyard dollar gəlir əldə edərək bir ildə ən çox gəlir edən studiya rekordunu yeniləyən Disney, 2024-cü ilə qədər çıxacaq filmlərinin premyera tarixlərini açıqladı. Marvel, "Ulduz müharibələri" (Star Wars) və Pixar filmlərini də özündə birləşdirən bu premyera təqvimi, Disney’in gələn illərdə də kassayı təmin edəcəyini göstərir.

Похожее изображение

İlk olaraq Marvel filmlərinə baxtığımız vaxt, studiyanın premyera təqviminə hələ detallarını açıqlamadığı beş yeni Marvel filmi əlavə edildiyini görürük. Bu filmlərdən biri 2022-ci ilin oktyabr ayında, digər dördü isə 2023-cü ildə premyerası olacaq. Xatırlayacağınız kimi studiya Marvel film kainatının 4-cü hissəsində yer alacaq beş filmi San Diego Comic-Con’da eşitdirmişdi. Bundan əlavə qısa müddət əvvəl də Black Panther 2’nin 6 may 2022-ci ildə premyerası olacağını açıqlamışdı.

"Ulduz müharibələri" (Star Wars) cəbhəsinə gəldiyimiz vaxt isə premyera təqvimində sadəcə bir filmin yer aldığını görürük. 16 dekabr 2022-ci ildə premyerası olacaq bu filmin hansı proyekt olacağı bilinmir. Ancaq Kevin Faygi (Kevin Feige) tərəfindən hazırlanacaq "Ulduz müharibələri" (Star Wars) filmi olacağı təxmin edilir. Devid Benioff (David Benioff) və D.B. Weiss tərəfindən hazırlanacaq üçləmənin təxirə salınmış olması, bu tarix üçün bir digər ehtimalın da Rayan Conson (Rian Johnson) tərəfindən hazırlanacaq film olduğunu göstərir. Ancaq son gələn xəbərlərə baxılarsa Rayan Consonun (Rian Johnson) proyekti heçbir vaxt gerçəyə çevrilməyə bilər.

Похожее изображение

Pixar‘ın yeni filmləri OnwardSoul’u gələn il premyeraya daxil edəcək Disney, 2024-ə qədər dörd yeni Pixar filminin filmsevərlərin ixtiyarına veriləcəyini açıqladı. Ancak bu filmlər haqqında hər hansı bir detal paylaşılmadı. Ridli Skott (Ridley Scott) imzalı The Last Duel, ABŞ-da 25 dekabr 2020-ci ildə premyerası olacaq.

Disney’in açıqladığı premyera tarixləri, studiyanın Fox’dan aldığı bəzi proyektləri həyata keçirməyə qərar verdiyini göstərdi. Bu proyektlərin başında isə Ridli Skott (Ridley Scott) imzalı The Last Duel gəlir. Disney’dən icazə alıb, almayacağı maraq mövzusu olan The Last Duel’ın 25 dekabr 2020-ci ildə premyeraya girəcəyinin açıqlanması, studiyanın filmə yaşıl işıq yandırdığını göstərdi. İzləyici 14-cü əsrin Fransasına aparacaq və çox yaxın iki dost olan Jean de CarrougesJacques Le Gris arasındakı intiqam hekayəsini diqqət altına alacaq filmin baş rollarında Mett Deymon (Matt Damon), Adam Drayver (Adam Driver), Codi Komer (Jodie Comer) və Ben Afflek (Ben Affleck) yer alır.

Disney’in premyera təqvimində diqqət çəkən bir digər detal da fevral ayında premyeraya gözlənilən The King’s Man‘in sentyabr ayına ertələnməsi oldu. Mettyu Vonun (Matthew Vaughn) Kingsman seriyasındakı gizli təşkilatın keçmişinə hədəflənən filmin premyera tarixinə qısa müddət qalmış niyə ertələndiyi bilinmir.




Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər