Mett Deymon

Mett Deymon

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Mett Deymon 8 oktyabr 1970-ci ildə ABŞ-da doğulub. "Forbes" jurnalına əsasən, dünyanın ən çox gəlir gətirən aktyorlarından biri hesab olunur. İlk iki yaşını Bostonun varlı rayonu sayılan Nyutonda keçirir. Atası Kent Deymon vergi müfəttişi, anası isə Lesley universitetində professor idi. Mett 1988-ci ildə ABŞ-ın və dünyanın ən məşhur və ən qədim universiteti olan Harvard universitetinə daxil olur və bir neçə başqa tamaşada iştirak edir. 1992-ci ildə Mett kino sənayesinin ona böyük uğur gətirəcəyinə inanaraq, Los-Anсeles şəhərində (Kaliforniya ştatı, ABŞ) "Geronimo: An American Legend" adlı filmdə çəkilmək üçün universitetin bakalavr dərəcəsini yarımçıq qoyur. 1990-cı ilin əvvələrində Deymon və Afflek özlərinə böyük şöhrət gətirəcək və "Oskar" qazandıracaq cavan, dahi riyaziyyatçı alimin həyatından bəhs edən "Ağıllı Uill Hantinq" filminin ssenarisini yazmağa başlayırlar. Film Mett və Afflekin hər birinə 6 000 000 ABŞ dolları gəlir gətirməklə yanaşı, həmçinin "Ən yaxşı ssenari" üzrə "Qızıl Qlobus" mükafatına layiq görülür. Filmin dünya üzrə gəliri isə 225 milyon dollar təşkil edir. Bundan sonra 1998-ci ildə Deymonla "Ağıllı Uill Hanting" filminin çəkilişləri zamanı tanış olan məşhur rejissor Stiven Spilberq onu İkinci Dünya müharibəsinə həsr edilmiş "Sıravi Rayanı xilas etməli" adlı filmində müharibədə bütün qardaşlarını itirmiş əsgər obrazını canlandırmağa dəvət edir. 2001-ci ildən 2007-ci ilə qədər ona dünya şöhrəti gətirən əsas rollardan biri də Stiven Soderberqin "Ouşenin 11 dostu", "Ouşenin 12 dostu" və "Ouşenin 13 dostu" adlı filmlərdə Linus Kaldvel adında canlandırdığı oğru obrazı olur. 2006-cı ildə Mett məşhur və dünya şöhrətli aktyor Robert de Niro və Ancelina Coli ilə birlikdə "Saxta tamah" adlı filmdə, Mərkəzi Kəşfiyyat idarəsinin əməkdaşını və hadisələrin doğma Boston şəhərində baş verdiyini əks etdirən rejissor Martin Skorsezenin çəkdiyi və digər bir neçə - Leonardo Dikaprio, Cek Nikolson, Mark Uolberq, Alek Bolduin kimi kinoulduzlarla bərabər "Dönüklər" filmində Polis Akademiyasının içinə sızmış gizli mafiya qruplaşmasının üzvü kimi rolları da almaqdan çəkinmir. Film "Ən yaxşı film", "Ən yaxşı rejissor işi", "Ən yaxşı ssenari" və "Ən yaxşı montaj"a görə dörd "Oskar"a layiq görülür. 2009-cu ildən bu yana Mett "Ulduzlararası" (2014-cü il) və "Marslı" (2015-ci il) adlı fantastik və macəra janrlı filmləri də nəzərə almaqla, daha 16 filmdə çəkilib. O, özünü aktyorluqla yanaşı, ssenarist və prodüser kimi də sınayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Mett_Deymon

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç