Codi Komer

Codi Komer

Aktrisa

BİOQRAFİYA

Codi Mari Komer 11 mart 1993-cü ildə Liverpulda (Böyük Britaniya) anadan olub. Məktəb illərindən dramaturgiya ilə məşğul olur. Radio-tamaşalardan birində etdiyi çıxışdan sonra, ona özünə agent tutmağ tövsiyə ediblər. Komerin karyerası 2008-ci ildə başlayıb. O The Royal serialının spinoff-u sayılan “The Royal Today” filmində qonaq rol alıb.  Ardınca Holby City, Doctors, Silent Witness, Casualty, Law & Order: UK, Vera, Inspector George Gently kimi populyar Britaniya seriallarına çəkilib.  Justice, Remember Me və E4 seriallarındakı uğurundan sonra baş və ya ikinci plan rollara çəkilməyə başlayıb. My Mad Fat Diary serilaının üç mövsümündə Xloya Gemmel rolunu oynayıb. Komer eyni zamanda Lady Chatterley’s Lover-in BBC One telekanalında yayımlanmış teleadaptasiyasında iştirak edib. 2015-ci ildə BBC Three telekanalı üçün çəkilmiş “Thirteen” mini-serialında rol alıb. Mini-serial 13 yaşında olanda manyak tərəfindən oğurlanmış və 13 illik kölə həyatından sonra qaçaraq ailəsinə qovuşmuş İvi Moksenin həyat hekayəsini danışır. Beş-epizodlu serialın premyerası 2016-cı ilin fevral ayında baş tutub. 2018-ci ildə “Yevanı öldürmək” serialında baş rola çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%BC%D0%B5%D1%80,_%D0%94%D0%B6%D0%BE%D0%B4%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç