Ben Afflek

Ben Afflek

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA
Bencamin Geza (Ben) Afflek-Boldt 15 avqust 1972-ci ildə Berklidə (Kaliforniya ştatı, ABŞ) doğulub. Daha çox Ben Afflek kimi tanınır. Atası tibb sahəsində, anası isə müəllimə işləyib. İki dəfə "Oskar", üç dəfə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Ben karyerasına PBS kanalında yayımlanan "Mimi səyahəti" (1984, 1988) adlı elmi teleserialda köməkçi rolu ifa edərək başlayıb. Daha sonra "Müxtəlif və təəccüblü" (1993) filmində, eləcə də Kevin Smitin "Eminin izində" (1997) və "Ehkam" (1999) adlı filmlərdə çəkilib. Ben uşaqlıq dostu Mett Demonla "Yaxın dostum Uill Hauntiq" (1997) filmindəki "Ən yaxşı orijinal ssenari"yə görə "Oskar" və "Qızıl Qlobus" mükafatlarını aldıqdan sonra tanınır. Bundan sonra o, "Armageddon" (1998), "Aşiq Şekspir" (1998), "Perl Harbor" (2001), "Lentdəyişdirən" (2002) və "Bütün qorxunun məbləği" (2002) kimi daha yüksəkbüdcəli filmlərə çəkilir. Karyera böhranından sonra o, 2003-cü ildə "Dəlisov" filmində rol alır. 2006-cı ildə "Hollivud torpağı" filmindəki roluna görə yenidən "Qızıl Qlobus" mükafatına layiq görülür. Ben Afflek aktyor Keysi Afflekin böyük qardaşıdır. 1990-cı ilin ortalarında Affleklə aktrisa Qvinet Peltrou arasında roman başlayır, lakin 1998-cı illərin ortalarında "Aşiq Şekspir" filminin çəkilişlərindən sonra münasibətləri korlanır və cütlük ayrılır. 2002-ci ildə Ben müğənni və aktrisa Cennifer Lopezlə nişanlanır, amma 2004-cü ildə ayrılırlar. 2005-ci ildə Cennifer Qarnerlə evlənir. Bu nikahdan iki qızı, bir oğlu var. 2018-ci ildə cütlük boşanır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ben_Afflek

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç