Devid Benioff
Yazıçı, ssenarist və tele-prodüser
Devid Benioff 25 sentyabr 1970-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. O, “Goldman Sachs” firmasının keçmiş rəhbərləri Barbara və Stiven Fridmanın övladıdır. Ailəsi alman, rus və yəhudi mənşəllidir. Dartmut kollecinin məzunudur. 22 yaşında Bruklinin Poli Perp orta məktəbində ingilis dili müəllimi işləməyə başlayır. Həmin vaxt İrvaynda incəsənət üzrə magistr pilləsi qazandığı Kaliforniya universitetinə daxil olur. Müəllim işlədiyi dövrdə “25 ci saat” kitabını yazıb. Sonra uyğunlaşdırılmış ssenari yazır və rejissor Spayk Li, Edvard Nortunun iştirakı ilə filmi ekranlaşdırır. Benioff “Troya” mifoloji epik filminə ssenari eskizi qurduğuna görə "Warner Bros" şirkəti ona $2,5 мilyon dollar ödəyir. O, həmçinin Mark Forster, Yuen MakQreqor və Naomi Uottsun baş rolda çəkildiləri “Mənimlə qal” trillerinin ssenarisini yazıb. 2004-cü ildə “X-adamlar. Başlanğıc. Rosamah” filminə ssenari yazmaq üçün dəvət alır və ssenari üzərində təxminən üç il işləyir. 2008-ci ildə Devid Benioffun Böyük vətən müharibəsindən bəhs edən “Oğrular” şəhəri romanını nəşr etdirir. Kitaba Teymur Behmambedov prodüserlik edir. Gənc amerikalı kinodramaturqun yazdığı roman Behmambedovu heyran qoymuşdu. Benioff həmçininn “Taxt-Tac oyunları 2" tarixi serialının icraçı prodüseri vəzifəsini yerinə yetirib. 30 sentyabr 2006-cı ildə Nyu-Yorkda amerikalı aktrisa Amanda Pitlə evlənib. Cütlüyün üç uşağı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/David_Benioff