Emma Stoun və Bred Pittli "Babylon"u Paramount Çəkəcək!

15 Noyabr, 2019

Uzun müddətdir Emma Stoun (Emma Stone) və Bred Pittin (Brad Pitt) baş rollarını paylaşacağı şayiəsi ilə gündəmdə olan “Babylon”dan yeni xəbərlər verildi. Deyilənlərə görə Paramount Pictures, Emma Stoun (Emma Stone) və Bred Pittli (Brad Pitt), Demyen Şazell (Damien Chazelle) imzalı “Babylon”un öz daxilində inkişaf etdirilməsini istəyir və bunun üçün haqqı olduğu tələbində olub.

İzləyicilərini 1920-ci illərin Hollivud atmosferine aparacaq “Babylon” filmindən yeni detallar gəldi. Deadline'ın xəbərinə görə, Paramount Pictures'ın “Babylon” mövzusundakı gözləntiləri çox yüksəkdir. Kinotearlarda isə 7 yanvar 2022-ci ildə premyerası olacağı qeyd edilir. Bu tarixlərə baxıldığında “Paramount”un indidən “Oskar” planları etdiyi görünür. Demyen Şazell (Damien Chazelle), daha əvvəl Whiplash, La La Land və "Birinci" (First Man) filmləriylə Akademiya tərəfindən 23 qolda “Oskar”a namizəd göstərilmişdi.

Картинки по запросу Emma Stone And Brad Pitt At The Casting Of ‘Babylon’, Damien Chazelle's Next Film

Babylon, Demyen Şazellin (Damien Chazelle) bugünə qədər çəkdiyi ən yüksək büdcəli film olacaq. 18+ olması gözlənilən filmin ssenarisini Kventin Tarantinonun (Quentin Tarantino) Once Upon A Time In Hollywood'una oxşayacağı deyilir. Gerçək xarakterlər ilə yaradılmış xarakterləri bir araya gətirəcək filmin prodüserliyini Olivia Hamilton, Matt Plouffe, Tobi Maquayr (Tobey Maguire) və Marc Platt üstlənir.

Картинки по запросу Emma Stone And Brad Pitt At The Casting Of ‘Babylon’, Damien Chazelle's Next Film

Emma Stoun (Emma Stone) son olaraq Netflix daxilindəki Maniac serialı və illər sonra gələn davam filmi Zombieland: Double Tap filmlərində özünü göstərmişdi. Bundan əlavə gələcəkdəki proyektləri arasında Disney adaptasiyası CruellaRalf Faynsla (Ralph Fiennes) baş rolunu paylaşacağı The Menu yerləşir. Bred Pittin (Brad Pitt) isə Once Upon A Time In Hollywood Ad Astra'nın ulduzu olaraq uzun müddət gündəmdə qalmışdı. Ancaq iki aktyorla da Babylon üçün dəqiq bir razılaşma imzalanıb, imzalanmadığı bilinmir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər