"Scream"in Davam Filmi “Scream 5” Üçün Hazırlıqlara Başlanıldı!

12 Noyabr, 2019


Spyglass Media Group, 90-cı illərin qorxu filmlərinə yeni bir nəfəs gətirən Ues Kreyven (Wes Craven) imzalı Scream seriyasına yeni bir film çəkmək üçün hazırlıqlara başladı. 90-ci illərin qorxu filmlərinə xüsusilə slasher növünə yeni bir nəfəs gətirən, Ues Kreyven (Wes Craven) imzalı 1996-cı il istehsalı Scream; “Katil kim?” sualı üzərindən hekayəsini formalaşdırmasına rəğmən bu konsepti ciddiyə almayan tərəfi ilə izləyicinin diqqətini çəkmiş, hətta qorxu filmlərindən aldığı referanslarla müəyyən vaxt içində film tarixinin kült proyektlərindən birinə çevrilmişdi.

Похожее изображение

Gale Weathers, Billy Loomis kimi bənzərsiz xarakterləri film dünyasına qazandıran film, kassada əldə etdiyi uğur nəticəsində özündən sonra üç davam filminin çəkilməsinə vəsilə oldu. Ssenarisini Kevin Uillamsonun (Kevin Williamson) yazdığı Scream seriyası, 2011-ci ildə “Yeni Kurallar” mottosuyla dördüncü bir filmlə yoluna davam etdi. “Scream 4”, gənclərin sosial medya bağlılığını və məşhur olma istəkləri yaxşı bir formada ələ almasına rəğmən ilk üç filmin gerisində qaldı, izləyiciyə nostalji duyğusunu yaşatmaqdan uzağa gedə bilmədi. Spyglass Media Group, yeni bir Scream filmi çəkəcəklərini açıqladı.

Ues Kreyven (Wes Craven) 2015-ci ildə həyata vida etməsiylə, Scream seriyasının film yolunu nöqtələdiyini düşünürdük. Blumhouse Productions’ın qurucusu Ceyson Blum (Jason Blum), yeni Scream filmi çəkə biləcəyini açıqlamış olmasına rəğmən belə bir vəziyyət heç bir vaxt gerçəkləşmədi. Ancaq qısa bir müddət əvvəl çıxan bir xəbər, Scream seriyasının küllərindən yenidən doğa biləcəyini göstərir. Deadline’ın xəbərinə görə Scream seriyasına yeni bir film gəlir: Scream 5!

Картинки по запросу ‘Scream’ Movie

Spyglass Media Group, yeni bir Scream filmi çəkmək üçün hazırlıqlara başladığını açıqladı. Rejissoru və ssenaristi məlum olmayan film hələlik Scream 5 olaraq anılsa da, bir davam filmi olub, olmayacağı vəziyyəti hələ dəqiqlik qazanmadı. Qarşımıza yeni sikvel ya da bir prequel filmin çıxma ehtimali olduğunu vurğulamadan keçməyək. Bundan əlavə original heyətdə yer alan Niv Kempbell (Neve Campbell), Courteney CoxDavid Arquette‘in, yeni Scream filmində rol alıb, almayacaqları da hələ məlum deyil.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər